Sərhədlər noyabra qədər bağlı qalacaq? – “Bu, hökumətin qərarıdır”

167

Xəbər verildiyi kimi, “Azərbaycan Hava Yolları” QSC (AZAL) 2020-ci ilin oktyabr ayının sonunadək Bakıdan İstanbul, Berlin və Londona xüsusi reyslər həyata keçirməyə davam edəcək.

Bu barədə AZAl-dan bildirilib. Yeni cədvələ uyğun olaraq İstanbula uçuşlar hər gün, Londona – hər həftə cümə axşamları, Berlinə – cümə günləri yerinə yetiriləcək.

Qeyd edək ki, AZAL əvvəl xüsusi reyslərin avqustun 28-dək həyata keçiriləcəyini açıqlamışdı. Belə ki, iyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Berlin-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayacını, uçuşların avqustun 28-dək həftədə bir dəfə – cümə günləri həyata keçiriləcəyini, eləcə də Bakı-Berlin reysi ilə Almaniyada daimi və ya müvəqqəti yaşamaq hüququ olan sərnişinlər (tələbələr daxil olmaqla), habelə Avropa İttifaqı ölkələrinin vətəndaşlarının daşınacağını elan etmişdi. Daha sonra reyslərin sayı artırılmşdı.

İndi bu müddət oktyabr ayının sonunadək uzadılıb. Bu isə oktyabr ayının sonunadək quru sərhədlərin açılmayacağını düşünməyə əsas yaradıb. Hətta bir çox turim sirkətləri bu durumu sərhədlərin həmin tarixə qədər acilmayacağı kimi şərh edərək, xüsusi reyslərlə təyyarə bileti satışını həyata keçirirlər.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat katibi Paşa Kəsəmənski Cebhe.info-ya açıqlamasında Bakıdan İstanbul, Berlin və Londona xüsusi reyslərin həyata keçiriləcəyi müddətin oktyabr ayının sonunadək uzadılması qərarının hökumət tərəfindən verildiyini açıqlayıb.

Görünən odur ki, Nazirlər Kabineti yanında Operativ Qərargah məsələni müzakirə edib və müvafiq qərar qəbul olunub.