Həftəsonu xüsusi karantin elan edilən rayonlardan icazələri olmadan Qaxa gələn 7 nəfər cərimələnib

72

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həftəsonu xüsusi karantin rejimi elan edilən şəhər və rayonlardan icazələri olmadan, qaydaları pozaraq rayona gələn şəxslər müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən 7 belə şəxs aşkar olunub. Onlara karantin rejiminin qayda və tələbləri izah olunub. Yeddi nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, hər biri 200 manat məbləğində cərimələnib.