Adı­nı ta­ri­xə qan­la ya­zan­lar

185

Azər­bayc­a­nın şə­hid ol­muş yüksək rütbə­li za­bit­lə­ri – ge­ne­ral may­or Po­lad Hə­şi­mov və pol­kov­nik-ley­te­nant Ra­quf Oruc­ov…

Bu iki za­bit Azər­bayc­an Or­du­su­nun əf­sa­nə­vi nümay­ən­də­lə­ri olub­lar. Həm Azər­bayc­an za­bi­ti adı­na, həm də Azər­bayc­an ki­şi­si adı­na şə­rəf gə­ti­rən şəx­slər olub­lar. Yax­şı, bəs biz bu adam­la­rı nə za­man ta­nı­mı­şıq? Mə­nim Ra­quf Oruc­ov­la ta­nı­ş­lığ­ı­mız olub. Adam­la ya­rım sa­at söh­bə­tim ona ru­hən bağ­lan­mağ­ı­ma ki­fay­ət edib. Am­ma mən həy­a­tı­mın cid­di səhvlə­rin­dən bi­ri­ni edə­rək onun­la görüşdən so­nra nə­sə yaz­ma­dım. Bəl­kə də özünün re­ak­siy­a­sı­nı bil­diy­im üçün bu­nu elə­mə­dim. Çünki o, özü ba­rə­sin­də nə­sə müsbət şey dey­il­mə­sin­dən xo­ş­lan­maz­dı. Ru­hən bağ­lı ol­duğu və­tə­ni işğ­al­day­dı… Dey­ir­di ki, Qa­ra­bağ azad olun­may­a­na qə­dər biz bir iş görmüş say­ıl­mı­rıq. Ye­nə də nə­sə borc­lu say­ı­ram özümü. Za­ma­nın­da Ra­quf Oruc­o­vu böyük ic­ti­ma­iyy­ə­tə ta­nıt­maq üçün nə­sə elə­mə­diy­im üçün gü­nah­ka­ram. Yə­qin ki, Ra­quf bu­nu mə­nə bağ­ı­ş­lay­ar. Ən azın­dan in­di qon­şu ol­duğu ata­ma gö­rə bağ­ı­ş­lay­ar…
Gə­lək, ge­ne­ral-may­or Po­lad Hə­şi­mo­va. Qos-qoca ge­ne­ral şə­hid olur sə­ng­ər­də. Bu fak­tın nə ol­duğ­u­nu an­lay­ır­sı­nız da. İl­lər­lə ka­bi­net­də ul­duz­la­rı­nı pa­rıl­da­dan ge­ne­ral­lar­dan ol­may­ıb eee. Sə­ng­ər za­bi­ti olub. Onun ba­rə­sin­də bu iki-üç gündə nə­lər eşit­mə­dik, nə­lər da­nı­şıl­ma­dı. Za­bit şə­rə­fi­ni lay­i­qincə da­şıy­a­san, üstə­lik adam ki­mi adam ola­san. Əsg­ə­rə ata, böyük qar­daş ol­maq elə də asan dey­il. Onu ta­nıy­an kim var­sa, da­nı­şan­da göz­lə­ri do­lur, ürəyi par­ça­la­nır. Ada­mın heç inan­mağı gəl­mir ki, be­lə bir adam ge­ne­ral rütbə­si­nə qə­dər necə gə­lib çı­xıb. Axı, biz­də be­lə adam­la­rı ge­ri itə­lə­mək, önünü kə­s­mək hə­mi­şə dəb olub. O qə­dər göz­üg­ötürməy­ən adam var ki. Po­lad di­şi ilə, dır­nağı ilə o rütbə­ni qa­za­nıb, am­ma ye­nə də sə­ng­ər­dən çıx­may­ıb. Adam sə­ng­ər ada­mı idi, ka­bi­net ge­ne­ra­lı yox, döyüş, sə­ng­ər ge­ne­ra­lı idi. Elə döyüşdə, sə­ng­ər­dəcə ca­nı­nı sev­diyi və­tə­ni­nə fə­da et­di.
Bəs biz bu adam­la­rı niyə sağ­i­kən ta­nı­ma­dıq, ta­nıt­ma­dıq? Axı, on­lar di­riy­kən də qə­h­rə­man idi­lər. Dey­ə­sən, biz di­ri qə­h­rə­man sev­mi­rik. Ya­xud da ada­mı ölən­dən so­nra ur­va­ta min­di­ri­rik. Azər­bayc­an Or­du­su­nun mə­nim üçün göz bə­bəyi say­ı­lan bu iki za­bi­ti öz ya­şa­maq­la­rı ilə də, öl­mək­lə­ri ilə də ta­rix ya­zıb­lar. Bi­ri var ta­ri­xi ki­mə­sə mürək­kəb­lə yaz­dı­ra­san, bi­ri də var ta­ri­xi qa­nın­la özün ya­za­san. ŞƏ­HİD­LƏR ad­la­rı­nı ta­ri­xə öz qan­la­rı ilə ya­zan­lar­dır.
Bi­zi bağ­ı­ş­la cə­nab ge­ne­ral, bi­zi bağ­ı­ş­la cə­nab pol­kov­nik. Siz bu Və­tə­nə lay­iq ol­du­nuz, am­ma hə­lə­lik biz si­zə lay­iq dey­i­lik. İn­şal­lah qi­sa­sı­nı­zı alıb, Si­zə lay­iq ola­rıq!!!

Eldar Allahyar oğlu Quliyev, Millət vəkili

AzərbaycanKooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor