Millət vəkili şəhidimizin ailəsi ilə bir arada

95

İyulun 12-də Tovuz istiqamətində erməni təxribatının qarşısını alarkən şəhid olan igidlərimizdən biri də İsmayıllı rayonunun Balik kəndindəndir.

bu gün, iyulun 13-də Novruz Aslanov təcili İsmayıllı rayonuna gedərək Balik kəndində şəhid Xəyyam Daşdəmirovun ailə üzvləri ilə görüşüb, onlara başsağlığı verib.

Deputat bildirib ki, şəhidlərin qanı yerdə qalmayacaq. İsmayıllı rayonu vətən uğrunda gedən döyüşlərdə şəhid verən rayonlarımızdandır. Bu gün də xalqımız özünün yeni qəhrəmanlarını tanıdı. Belə təxribatlara Azərbaycan ordusu qətiyyətlə cavab verir. Ön cəbhədə düşmən qarşısında sipər şəkən igidlərimiz torpaq uğrunda şəhid olmağa hər an hazırdırlar. Şəhidlər unudulmur, onlar daim ürəklərdə yaşayır.