Trampın prezident seçkilərindəki rəqibi açıqlandı

19

Donald Tramp

Trampın 2020-ci il prezident seçkilərindəki rəqibinin adı açıqlanıb.

Bizimyol.info xəbər verir ki, prezidentin rəqibi Amerikalı milyarder Maykl Blumberqdir. Nyu-Yorkun keçmiş meri olan Blumberq seçkilərdə iştirak edə bilmək üçün imzaları yığmağa başlayıb. 77 yaşlı siyasətçi demokratlar arasında heçkəsi özünə rəqib olaraq görmədiyini bildirib. Blumberqin məsləhətçisi onun Donald Trampı misilsiz rəqib olaraq gördüyünü qeyd edib. Fevral ayında Blumberq Trampla seçkilərdə mübarizəsi üçün 500 milyon dollar xərcləməyə hazir olduğunu bəyan edib.

Qeyd edək ki, Blumberq 2002-ci ildən 2013-cü ilə kimi Nyu-Yorkun meri olub.