Rusiya aviabombası terrorçunun başına düşüb

274

aviaudar--000000

Rusiyanın Hava-Kosmik Qüvvələrinin Suriyanın şimalındakı İdlib bölgəsində “Əl-Qaidə” yönümlü yaraqlıların mövqelərinə hava zərbələri endirməsi zamanı aviabombalardan biri sözün əsl mənasında terrorçunun düz başına düşüb.

Avia.pro portalının yayydığı məlumata görə, silahlı qruplaşmalardan birinin üzvü mobil telefonla Rusiya təyyarələrinin endirdiyi raket zərbələrinin nəticələrini çəkməyə başlayıb. Bu zaman daha bir aviazərbə endirilib və bomba çəkilişi aparan yaraqlının cəmi bir neçə metrliyinə düşüb. Yaraqlının mobil telefonu isə bomba zərbəsindən sonra da çəkilişi davam etdirib, hərçənd onun özünün və yaxınlıqdakı digərlərinin aqibətinin necə olduğunu təxmin etmək çətin deyil.

Həmin anın videosu bu linkdə:https://t.me/Gallifreyan_technology/790

İdlib hazırda Suriyada Bəşər Əsəd rejiminin nəzarətində olmayan yeganə bölgədir, Əsəd qüvvələri həmin regiondan müxalif yaraqlıları vurub çıxarmaq üçün Rusiyanın dəstəyi ilə irimiqyaslı hücuma hazırlaşır.(virtualaz.org)