Hamilə olduğunu zənn edən qadının qarnından 18 kiloqramlıq şiş çıxdı – Video

160

hamilə hesab olundu

Hindistanda 38 yaşlı qadının qarnından 18 kiloqram ağırlığında şiş çıxarılıb. Hindistanlı Kavita Kalam yeddi ay mədə ağrısından əziyyət çəkib.

Beynelxalqinformasiyaagentliyi.az xəbər verir ki, qadının özü və həkimlər onun hamilə olduğunu düşünüblər. Lakin qəfildən onun nəfəs alması çətinləşib və o, xəstəxanaya aparılıb. Müayinə zamanı şişin qarın boşluğunun 95 faizini tutduğu müəyyən olunub.

Həkimlər şişin tez bir zamanda çıxarılmayacağı tədqirdə qadının qarnını cıra biləcəyini deyiblər.

Əməliyyat nəticəsində çıxarılan şişin sulu bir maye ilə dolu olduğu məlum olub. Həkim ilk dəfə belə böyük ölçüdə şiş gördüyünü deyib. Həmin şişin təzyiqi nəticəsində qadının qarnının diametri böyüyərək 1,06 metr olub.(oxu.az)