AMEA Folklor institutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qalib Sayılov Qazaxstan Respublikasının ali mükafatına layiq görülmüş və Aktəpə Bayişev Universitetinin fəxri professoru seçilmişdir

146

Azərbaycan və Türk folklorunun görkəmli araşdırıcısı Qalib Sayılov 2019-cu ilin 25 oktyabrında Qazaxstan Respublikasının Milli Asanbleyasında çıxış etmişdir.

Oktyabrın 26-da  Aktəpə Bayişev Universitetində Türküstanın qəhrəmanı Jalantös Bahadıra həsr olunmuş “Böyük Çölün Böyük Övladları” beynəlxalq elmi konfransında alimin “Yeriyən çadırda uçan yəhərdə doğan möhtəşəm svilizasia: Ertoğruldan Jalantösə” adlı elmi məruzəsi dinlənilmiş və böyük rəğbətlə qarşılanmışdır.
Konfransın yekun toplantısında Qalib Sayılov Aktəpə Bayişev Universitetinin fəxri professoru seçilmişdir.
Aktəpə (akiminin) valisinin və dövlət rəsmilərinin, diplomatik nümayəndəliklərin iştirakı ilə Jalantös Bahadura həsr olunmuş TOYda (yığıncaqda) isə alim beynəlxalq (İmperator) Əmir Jalantös Bahadur ordenı ilə mükafatlandırılmışdır. İmperator Əmir Jalantös Bahadur 44 il Maviennehrin əmiri olmuşdur.

Fərid Faqioğlu