Tramp Türkiyəyə qarşı sanksiyalarla bağlı qərar verdi – VİDEO

433
Mandatory Credit: Photo by Evan Vucci/AP/Shutterstock (10358411u) President Donald Trump talks to reporters on the South Lawn of the White House, in Washington, as he prepares to leave Washington for his annual August holiday at his New Jersey golf club Trump, Washington, USA - 09 Aug 2019

ABŞ Prezidenti Donald Tramp Suriyadakı hərbi əməliyyatlarla əlaqədar olaraq Türkiyəyə qarşı sanksiyalar barədə fərman imzalayıb.

Bu barədə ABŞ-ın Dövlət katibi Maykl Pompeo bazar ertəsi yaydığı bəyanatda bildirib.

Onun sözlərinə görə, bu addım Türkiyənin Suriyanın şimal-şərqindəki hücumlarını dayandırmaq və atəşkəsə məcbur etmək üçün atılır.

Qeyd edək ki, Türkiyə oktyabrın 9-dan etibarən Suriyanın şimalında “Barış pınarı” əməliyyatına başlayıb. Son məlumatlara görə, əməliyyat zamanı 500-dən çox silahlı zərərsizləşdirilib.