Gülnarənin mülkləri satışa çıxarıldı – FOTOLAR

178

BİA.az Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın Fransadakı mülkləri satışa çıxarılır.

Əldə ediləcək məbləğ Özbəkistana veriləcək.

Söhbət Parisdəki mənzil, Sen-Trop rayonundakı villa və Paris ətrafındakı qəsrdən gedir. Fransa istintaqı müəyyənləşdirilib ki, sözügedən obyektlər korrupsiya pulları ilə əldə edilib.

Fransa milli maliyyə prokurorluğunun prokuroru Nikolya Bayeto bildirib ki, Kərimovanın Fransa əmlakı ilə bağlı yekun qərarı Daşkənd bu il qəbul edib. Bunun üçün 18 ay danışıqlar aparılıb.

Özbakıstanın Fransanın alacağı yekun məbləğ hələ ki, məlum deyil. Gülnarənin Parisdəki mənzili ötən yazda hərracda 14 milyon avroya satılıb. Bu isə alış qiymətindən iki dəfə aşağıdır. Kərimovanın əmlakından əldə ediləcək məbləğdən iki milyon avro istintaq xərclərinin kompensasiyasına sərf olunacaq.

Qeyd edək ki, Fransada Gülnarə Kərimova barəsində istintaq 2014-cü ildə başlanıb.  Fransa mətbuatının yaydığı xəbərlərə görə, Parisdəki mənzil 31 milyon avroya, villa 2,4 milyon avroya, qəsr isə 28 milyon avroya alınıb.