
Laçın Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Adil Əsədov: “ƏSL VƏTƏNDAŞ, İŞİNİN PEŞƏKARI, LƏYAQƏTLİ İNSAN”
Polis polkovniki Adil Əsədov peşəkar fəaliyyəti, dövlətə sadiqliyi və insanlara göstərdiyi diqqətlə hər zaman fərqlənən bir şəxsdir. Laçın Rayon Polis Şöbəsinin rəisi kimi o, qanunun aliliyinə sadiq qalaraq, dövlətçiliyin möhkəmləndirilməsinə və ictimai asayışın təmin edilməsinə böyük töhfə verir. O, öz peşəsində dəqiq, prinsipial və obyektiv yanaşma tərzi ilə tanınır.
Adil Əsədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq, bu siyasətin layiqli davamçısı olan Prezident cənab İlham Əliyevin rəhbərliyi altında fəaliyyət göstərir. O, hüquq-mühafizə orqanlarının şxərəfli adını daim uca tutur, xidmət etdiyi dövr boyunca qanunun aliliyini qorumayğı özünə prinsip kimi məqsəd qoyub.
Xalqına, dövlətinə və dəyərlərinə sadiqliyi ilə seçilən Adil Əsədov, şəhid ailələrinə və qazilərə olan diqqəti ilə cəmiyyət arasında böyük nümunədir. O, şəhid ailələrinin problemlərini öyrənər, onlara daim yaxından köməklik göstərir və maddi-mənəvi dəstək olur. Vətən uğrunda canını fəda etməyi şanlı bir borc bilən şəhidlərimizin ailələrinə qayğı göstərmək onun üçün təmənnasız bir xidmətdir.
O, Laçın rayon polis orqanlarının fəaliyyətinin fasiləsiz davam etməsinə nəzarət edir. Orada hüquq-mühafizə sisteminin bərpasında öz peşəkarlığı və bacarığı ilə aktiv rol oynayıb. Laçında ictimai asayışın qorunması, qanunun tətbiqi və dövlət orqanlarının şəffaf işləməsi istiqamətində yorulmadan çalışır.
Onun rəhbərliyi altında Laçın Rayon Polis Şöbəsi yüksək fəaliyyət göstərir. Qanunsuzluğun qarşısını almaq, cinayətkar ünsürlərin təcrid olunması, rayonda sabitliyin təmin olunması istiqamətində səylərlə işləyir.
Adil Əsədovun öz peşəsində nümunəvi fəaliyyəti, dövlətə və qanuna sadiqliyi, xalqına sevgisi onun dərindən-dərin hörmət qazanmasına səbəb olub. O, bir rəhbər kimi yalnız çalışdığı sahədə deyil, eyni zamanda bölgənin sosial rifahına töhfə verən bir insan kimi də dərindən qiymətləndirilir.
Onun haqqında müsbət fikirlər sadəcə rəhbərlik etdiyi orqanda deyil, eyni zamanda vətəndaşlar arasında da tez-tez səsləndirilir. İnsanlarla daim təmasda olması, onların problemlərinə həssas yanaşması, sosial məsələlərin həllinə dəstək olması onun işləyib hazırladığı strateji yanaşmanın bir hissəsidir.
Bütün bu xüsusiyyətlər Adil Əsədovu öz işinin peşəkarı, ləyaqətli və əsl vətəndaş kimi tanıdırır. O, sadəcə bir polis rəhbəri deyil, eyni zamanda bir nümunə, bir ideal insandır. Laçın rayonunun təhlükəsizliyi, sükunəti və qanun tənzimlənməsi onun rəhbərliyi altında daim inkişaf edir.
Laçın Rayon Polis Şöbəsinin rəisi Adil Əsədova redaksiyamız adından uğurlar diləyirik.
Şahmar Zərdabi
Baş redaktor