Sabirabad rayonunda “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası” mövzusunda tədbir keçirilib – FOTOLAR

55

Sabirabad rayonunda “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası” mövzusunda tədbir keçirilib – FOTOLAR

Avqustun 2-də Sabirabad rayon Gənclər Evində “Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası” adlı layihənin yekun tədbiri keçirilib.

QHT.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını və qanını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, “Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyinin icraçı drektoru Yasəmən Qəyyumova, Sabirabad rayon Gənclər Evinin direktoru Rəşad Qurbanov, birliyin üzvləri və fiziki məhdudiyyətli şəxslər iştirak ediblər.

Layihə rəhbəri Yasəmən Qəyyumova öncə tədbir iştirakçılarını salamlayıb, daha sonra layihənin məqsədi, ideyası, layihə çərçivəsində görüləcək işlər və layihənin faydaları haqqında geniş məlumat verib. Layihənin məqsədi müxtəlif növ əlillik dərəcəsi alan fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə düzgün istiqamətdə yönləndirilməsi və onların istəklərinə uyğun mövqelərin təmin edilməsində yardımçı olmaqdır.

Tədbirdə iştirak edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov fiziki məhdudiyyətli şəxslərin bəzi istiqamətlər üzrə qarşıya çıxan problemlərin yaranma səbəbləri haqqında onlara dəstək proqramları çərçivəsində oluna biləcək köməkliklərin vacibliyini vurğulayıb.

Birlik sədri və layihə rəhbəri Yasəmən Qəyyumova müxtəlif növ əlillik dərəcəsi olan tədbir iştirakçılarını ayrı-ayrılıqda dinləyib, cəmiyyətə inteqrasiyası olmaq üçün onların qarşısını alan səbəbləri öyrənmək məqsədilə geniş müzakirələr aparıb. Ortaya çıxan və onların haqlı narazılığına səbəb olan amillər qeydə alınıb.

Tədbirin sonunda iştirakçılar üçün çay və şirniyyat süfrəsi açılıb, xatirə şəkilləri çəkilib.

Fərid Səfərov