MASALLI RAYON İSTİSU İSTİRAHƏT MƏRKƏZİNDƏN KÜTLƏVİ ŞİKAYƏT?
Son illər Azərbaycanda turizmin inkişafı bölgələrdə otellərin, istirahət mərkəzlərinin artmasına səbəb olub. Lakin turizmin inkişaf etməsinə baxmayaraq Azərbaycanda qiymətlər həm qonşu ölkələrdən, həm də elə dünyanın bir sıra tanınmış kurort yerlərindən bahalığı ilə seçilir. Xüsusilə də Azərbaycandakı istirahət mərkəzlərində restoranlar “od tutub yanır”.
Masallıda təbiətin gözəl mənzərəsndə yerləşən, ilk baxışdan zövqü oxşayan bu “İstisu” “istirahət mərkəzi”ndə baş verənlər həqiqətən də istirahətə gedənlərin canını bir müddət “rahatlayır”.
Müştərilərə istədikləri qiyməti deyən restoran rəhbərliyi çəkinmədən istədikləri kimi hərəkət edirlər. Restorana qonaq olan ailə sonda hansı mənzərə ilə rastlaşacağından xəbərsiz dincəlməyə qərar verir. Sifariş verdin-vermədin masanın üzərinə gələn qəlyanaltı və içəcəklər ilk baxışdan xoş görsənir. Verdiyin sifariş birə-beş hesaba vurularaq London restoranı qiymətinə yazılır, bixəbər müştərinin ayağına. Hələ bəzən burada bir qədər daha səliqəli və bəzədilmiş yeri göstərərək burada “tas”ını qldırmağa çalışırlar.
Ən maraqlı məqamlardan biri də odur ki, sifarişini verdin-vermədin sənə “yüklənən” “şotun” 10%-ni əlavə olaraq ofisantın xidmət haqqı adı ilə səndən alırlar. Qeyd edim ki, xidmət göstərən ofisantın bildirdiyinə görə ona bu 10%-dən qəpik-quruş çatır. Bu xidmət haqqı isə nəinki Bakının mərkəzindəki, heç İstanbul restoranlarda belə yoxdur. Bu mərkəzi işlədən İldırım bəy kimə və nəyə arxayındır?
Bəs görəsən bu gəliri barəsində müştərilərə heç bir qəbz filan verməyən mərkəz sahibi dövlətə nə qədər vergi ödəyir? Yəqin ki, gəlirinin 2%-ni? Çox güman ki, bu da elə bir ciddi məbləğ deyil?! Bəs hər bir müştəriyə “oxuduğu” hesabın 10%-ni ofisanta xidmət haqqı kimi tutan restoran görəsən bu ofisantlar ilə əmək müqaviləsi bağlayıbmı? Bu artıq müvafiq qurumların işidir.
Masallı İstisu mərkəzində xidmət səviyyəsinin aşağı olmasından şikayətlənən vətəndaşlar çayın sahilində yalnız stol və stulların 1 saat üçün icarə pulunun 20-50 manat olmasından da narazıdırlar.
Masallı rayonunda yerləşən İstisu İstirahət Mərkəzi, Sanatoriyadan redaksiyaya daxil olan şikayətlərin sayı artıb.
Ölkənin cənub bölgəsinin, xüsusilə də Masallı, Cəlilabad, Biləsuvar rayonlarından olan əhalinin əsas istirahət yerlərindən biri olan bu istirahət mərkəzində insanları aldadırlar. Şikayət edən vətəndaşlar bildirirlər ki, burada müalicə məqsədilə yaradılmış zonalarda, massaj salonlarında heç bir sanitar qayda gözlənilmir. Afrikadakı massaj salonları kimi qadınlar qapının ağzında oturaraq yuxarıdan aşağı enən ailəvi insanları narahat edirlər. Qısa ətəkli, kobud rəftarlı qadınların ailəsi ilə gələrək aşağıda, çayda dincəlmələri üçün yol keçməsində diskomfor yaradırlar.
Şikayət edən vətəndaşlar burada qiymətlərin normal bazar qiymətindən çox baha olduğunu da bildirirlər.
Masallı İstisu Sanatoriyasında xidmət səviyyəsinin aşağı olmasından şikayətlənən vətəndaşlar çayın sahilində yalnız stol və stulların 1 saat üçün icarə pulunun 20 manat olmasından da narazıdırlar
Heç bir xidmət göstərilmədiyi, ətrafın zibillərdən təmizlənmədiyi bir ərazidə stol və stulları 1 saat üçün bu qədər baha qiymətə icarəyə vermək ədalətsizlikdir deyə Masallı rayon sakini yazır.
Maraqlıdır ki, artıq Standartlaşdıra, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bölgələrdəki istirahət mərkəzlərində yoxlamalar aparmağa başlayıb. Bu gün artıq paytaxtda və bəzi rayonlarda eyni adlı istirahət mərkəzi bağlanıb. Dövlət komitəsi burada ciddi pozuntular aşkarlayaraq ist irahət mərkəzinin bağlanması haqda qərar çıxarıb.
Qeyd edək ki, dövlət başçısı Cənab İlham Əliyevin bu yaxınlarda çıxışında Azərbaycanda turizm obyektlərində qiymətlərin bahalığı və xidmət səviyyəsinin aşağı olması barədə çıxışı bir sıra dövlət qurumlarını hərəkətə gətirib. Mədəniyyət və Turizm Nazirliyindən də mətbuata verilən açıqlamada deyilirdi ki, artıq nazirliyin əməkdaşları da monitorinqlərə başlayıblar.
Lakin nədənsə, hələ də Masallıda yerləşən İstisu Sanatoriyasındakı pozuntularla bağlı dövlət qurumlarının hansısa tədbirlər görməsi barədə rəsmi bilgi əldə etmək mümkün deyil.
– Bu istirahət mərkəzində hansı dəri xəstəliklərinin yayılma riski böyükdür?
– Səhiyyə Nazirliyi bu sanatoriyaya rəsmi olaraq tibbi xidmət göstərmək üçün icazə veribmi?
Beləcə Masallı İstisu istirahət mərkəzi turistlər və milli qonaqlar üzərində öz xanlığını edir.
Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.