ŞƏFALI ƏLLƏR SAHİBİ Respublika Klinik Xəstəxanasının həkim-cərrahı Pənah Hüseynov

396

ŞƏFALI ƏLLƏR SAHİBİ Respublika Klinik Xəstəxanasının həkim-cərrahı Pənah Hüseynov

Azərbaycan səhiyyəsinin günü-gündən inkişaf etməsi göz qabağındadır. Səhiyyənin və eləcə də bütünlükdə tibb ocaqlarının tərəqqi və inkişaf etməsi haqqında danışdıqda, ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi sərəncam və fərmanların nə qədər böyük əhəmiyyət daşıdığını görürürük. Bu sərəncam və fərmanlar nəticəsində dünya standartlarına cavab verən klinika və xəstəxanalrı, ambulator və poliklinikaları, qospital və tibb məntəqələrini göz önünə gətirmək kifayətdir.
Belə ki, yeni tikilən tibb ocaqları ilə bərabər həm də yüksək səviyyədə təmir və bərpa olunmuş xəstəxanalar bu gün öz vətəndaşlarına xidmət göstərirlər. Ölkəmizdəki onlarla səhiyyə və tibb ocaqlarında fəaliyyət göstərən həkimlərin böyük bir hissəsi, dünyanın ən qabaqcıl universitet və akademiyalarında təhsillərini almış mütəxəssislərdir. Bu mütəxəssislərin əksəriyyəti təhsillərini başa vurduqdn sonra ölkəmizə qayıdaraq xalqımıza xidmət etməkdədirlər.

Bu gün biz inamla deyə bilərik ki, ölkəmizdə onlarla, bəlkə də yüzlərlə savadlı, bacarıqlı, yüksək ixtisaslı həkimlərimiz vardır. Hətta, xarıcı dövlətlərdən belə müayinə olunmaq üçün Azərbaycana gələrək bizim həkimlərimizə müraciət edən yüzlərlə vətəndaşlar vardır. Belə tibb ocaqlarından biri də Bakıda fəaliyyət göstərən Respublika Klinik Xəstəxanası. Yuxarıda qeyd etdiyim kimi yüksək ixtisaslı həkim və tibbi əməkdaşların çalışdığı bu tibb ocağanda xəstələrə xidmət göstərilməsi üçün hər cür şərait vardır.
Yüksək standartlara cavab verən bu xəstəxana geniş quruculuq və abadlıq işləri görülmüşdür. Xəstəxanada vətəndaşlara ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür zəruri şərait yaradılıbdır.
Respublika Klinik Xəstəxanasında bir çox şöbələr fəaliyyət göstərir.

Mən sağlamlığım üçün əhəmiyyət kəsb edən bu xəstəxanada həkim və tibbi heyətin həm peşəkarlığını, həm təcrübəli olmalarını, eyni zamanda da xəstələrə göstərdikləri diqqət və qayğını görüb, bu haqda yazmağı qərara aldım. Çünki, bu gün hər kəs sağlamlığını bacarıqlı həkimlərə etibar etməyə üstünlük verir. Bu nöqteyi-nəzərdən belə həkimlərin tanınması vacibdir. İlk olaraq Respublika Klinik Xəstəxanasının həkim-cərrahı Pənah Hüseynov haqqında oxucularıma məlumat vermək istəyirəm.

Bu günədək həkim kimi fəaliyyət göstərən Pənah Hüseynov ikiqat məsuliyyətlə çalışaraq ona göstərilən etimadı doğrultmaq naminə elmin ən son nailiyyətlərinin tətbiqini, öz üzərində çalışmağı da unutmur. Pənah həkim xəstələrin qəlbini həmişə sevindirib, müalicəsini düzgün edib tam sağaldaraq xəstəxanadan yola salır. Pənah həkim sanki İlahi bir qanunun keşiyində duraraq xalqına, millətinə, dövlətinə layiqincə xidmət edir.

Pənah Hüseynov dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının yürütdüyü daxili və xarici siyasətini dəstəkləyərək, səhiyyə sistemində qəbul etdiyi qərarlarını layiqincə, yüksək peşəkarlıqla həyata keçirərək rəhbərliyin və xalqın qarşısında nüfuz qazanmışdır. Respublika Klinik Xəstəxanasına üz tutan 44 günlük haqq savaşımızda sağlamlığın bir qismini itirən Qazilərimizi həkim personalı yüksək səviyyədə qarşılayaraq, onları müayinə və müalicə edərək xidmətlərində dururlar.

Bir sözlə Respublika Klinik Xəstəxanası bir şəfa ocağı olaraq başda Pənah Hüseynov olmaqla şərəflə işinin və peşəsinin öhdəsindən gəlirlər.

Bizdə redaksiya olaraq başda Pənah həkim olmaqla xəstəxananın bütün işçi kollektivinə işlərində uğurlar arzulayırıq. Qoy Tanrı sizə qorusun!

 

Şahmar Zərdabi

Baş redaktor