Əhmədli metrosunun yaxınlığında qeyri-qanuni tikintiyə kim HİMAYƏDARLIQ edir? – FAKT/ŞİKAYƏT
Redaksiyamıza daxil olan məlumata əsasən Bakı şəhəri, Əhmədli metrosu yaxınlığında qeyri-qanuni olaraq tikinti işləri gedir. Sözü gedən tikintiyə rəhbərlik edən əslən Tovuz rayonundan olan Hacı Vidadi adlı şəxsdir. Tikinti qeyri-qanuni olması bir yana qalsın, burada çalışan fəhlələr təhlükəsizlik qaydalarına riayət etmirlər, hətta qoruyucu çəpərdən belə istifadə edilməyib. Ətrafı zibilliklərlə doldurublar, ekoloji cəhətdən külli miqdarda ətrafa ziyan vururlar. Vətəndaşların gediş-gəlişi üçün maneə yaradırlar.
Bu haqda araşdırmalarımız davam edir. Daha ətraflı sizi tanış edəcəyik.
Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.
Qısa video sujeti sizə təqdim edirik:
beynelxalqinformasiyaagentliyi.az