Quba rayonunda abadlıq-quruculuq işləri geniş vüsət alır

276

Quba rayonunda abadlıq-quruculuq işləri geniş vüsət alır

İlqar Mahmudov Quba Rayon İcra Hakimiyyəti başçısı təyin olunduqdan sonra rayonda infrastrukturu yeniləşdirilir, əhalinin qaz, elektrik, su təminatı yaxşılaşdırılır, yeni iş yerləri açılır. Bu sürətli və dinamik inkişaf qabarıq nəzərə çarpır. Rayon tikinti-quruculuq işlərinin miqyasına, səliqə-sahmanına, təmizliyinə görə neçə illərin ənənəsini qoruyub saxlayır, bu cəhəti ilə ölkənin digər rayonları arasında xüsusilə seçilir. Əlbəttə, bu tərəqqinin səbəbi aydındır: dövlət başçısı İlham Əliyev prezidentliyinin ilk günlərindən regionların, Bakıətrafı şəhər və qəsəbələrin inkişafını prioritet vəzifə saymış, bu məsələyə xüsusi diqqət yetirmiş, müvafiq proqramlar imzalamış, vaxtaşırı yerlərdə olmuş, əhali ilə görüşmüş, insanların qayğı və problemləri ilə maraqlanmış, rayon, müəssisə və təşkilat rəhbərlərinə konkret tövsiyələrini vermişdir.

Yazın gəlişi ölkənin təsərrüfat sahələrinin işində böyük canlanmaya səbəb olub. İndi respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır, səliqə-sahman yaradılır. Görülən işlər isə sadəcə olaraq kampaniya xarakteri daşımır, şəhər, qəsəbə və kəndlərimizin simasının daha da yaxşılaşdırılmasına, baxımlı olmasına xidmət edir. Bu da təsadüfi deyil. Çünki ölkə Prezidentinin tikinti-quruculuq və abadlıq işlərinin zövqlə, günün tələbləri səviyyəsində aparılmasına dair göstəriş və tövsiyələri tərəssüfat subyektlərinin üzərinə böyük məsuliyyət qoyur. Məhz buna görədir ki, son zamanlar ölkədə aparılan abadlıq-quruculuq və yenidənqurma işləri zövq oxşayır, şəhər, kənd və qəsəbələrin simasına əlavə yaraşıq gətirir. Bu baxımdan Quba rayonunda görülən işlər, həyata keçirilən tədbirlər də diqqəti cəlb edir.

Son vaxtlar abadlıq-quruculuq və yenidənqurma işləri rayon icra hakimiyəti rəhbərliyinin ən çox diqqət yetirdiyi məsələlərdəndir. Onu da qeyd etmək lazımdır ki, həyata keçirilən bu cür tədbirlərdə rayonun təsərrüfat subyektləri, ayrı-ayrı idarə, müəssisə və təşkilatları ilə yanaşı, sakinlər də yaxından iştirak edirlər. Artıq rayonda şənbə-bazar iməcilikləri ənənəvi xarakter alıb. Həftəsonu keçirilən iməciliklər zamanı rayonun bütün küçə və meydanlarında, park və xiyabanlarda, ayrı-ayrı məhəllələrdə səliqə-sahman işləri aparılır, ağac və dekorativ bəzək kolları əkilir, mövcud yaşıllıqlara qulluq göstərilir.

Quba rayonunda genişmiqyaslı abadlıq-quruculuq və yenidənqurma işləri aparılmış, sakinlərin üzləşdikləri sosial problemlərin əksəriyyəti aradan qaldırılmışdır. Belə ki, 2023-cü ildə əhalinin qaz, elektrik enerjisi, içməli su ilə təminatı xeyli yaxşılaşmış, sakinlərə göstərilən poçt-rabitə xidmətinin səviyyəsi yüksəlmişdir. Rayondaxili yolların asfaltlaşdırılması, ensiz küçələrin genişləndirilməsi, səkilərin yaradılması, müasir avtobus dayanacaqlarının quraşdırılması sakinlərin dərin razılığına səbəb olmuşdur.

Quba rayonunda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri, kommunal sahədə həyata keçirilən tədbirlər bu gün də davam etdirilir. Quba Rayon İcra Hakimiyyəti başçısı İlqar Mahmudovun yaxından köməyi və diqqəti sayəsində bütün işlər yüksək səviyyədə və operativ surətdə həyata keçirilir ki, bu da sakinlərin dərin razılığına səbəb olur. Quba sakinlərinin içməli su ilə təminatının yaxşılaşdırılması da rayon icra hakimiyyətinin xüsusi diqqət yetirdiyi məsələlərdəndir. İcra başçısı İlqar müəllim şəhid ailələri, Qarabağ veteranları və kimsəsiz, ahıl insanların sosial şəraitinə xüsusi diqqət yetirir, onları qəbul edib problemlərini həllində birbaşa iştirak edir. Sakinlərə göstərilən xidmət keyfiyyətinin yaxşılaşdırılması istiqamətində son zamanlar xeyli iş görülmüş və bu tədbirlər hazırda da davam etdirilir. Quba rayonu turistlərin cəlb edilməsi üçün xüsusi tədbirlər görülməkdədir.  Bütün bu tədbirlər Qubanın qədim və iri yaşayış sahələrindən olmasını, daha abad, daha yaraşıqlı bir guşəyə çevrilməsindən xəbər verir.

Biz də redaksiyamız adından Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudova işlərində müvəffəqiyyətlər arzulayırıq.

 

Şahmar Zərdabi

Baş redaktor