Füzuli rayonu Horadiz qəsəbəsi 1 saylı məktəbdə nələr baş verir..?- Təhsil naziri Emin Əmrullayev məktəb direktorunun əməllərini görmür…?

703

Füzuli rayonu Horadiz qəsəbəsi 1 saylı məktəbdə nələr baş verir..?- Təhsil naziri Emin Əmrullayev məktəb direktorunun əməllərini görmür…?

Lalə xanım necə məktəb direktorudu..?

Bir media olaraq təhsil sahəsindəki   problemləri zaman-zaman gündəmə gətiririk.

Təhsil sistemindəki rüşvətxorluq, korrupsiya halları  barədə mediada  geniş  araşdırma yazıları dərc olunur.

Neçə illərdir ki, orta məktəblərdə  süpürgə pulu, fond pulu, qayıb-qiymət pulu medianın  gündəmindən düşmür.

Bütün bunlar azmış kimi, məktəblərdə  “ölü canlar”, adı olub özü olmayan  işçilər də ciddi mövzudur.

Təsəvvür edirsiniz, məktəb direktoru Lalə xanım mühafizəçi, bağban, xadimə və s. adı altında xeyli sayda  işçinin əmək haqqı kartını cibində gəzdirir və hər ay  xeyli miqdarda  dövlət vəsaitini mənimsəyir. Məktəbdə adı gedən bədən tərbiyəsi və idman müəllimi Taleh hoca Qarabağda gedən tikintilərin birində qaynaqçı işləyir. Maaş kartını isə Lalə xanıma həvalə edib. Təsəccür edin bir məktəb müəllimi iki yerdə işləyir. Bu lap rəhmətlik mərhum eks millət vəkili Hadi Rəcəbovun fikirlərini reallaşdırır.

Bütün bunlar azmış kimi məktəb direktorları  təmir-tikinti adı altında  dövlətin ayırdığı  xeyli vəsaiti  müxtəlif şirkətlərə tender yolu ilə verərək, onlardan “otkat” alır.

Bir sözlə, vaxtı ilə MƏBƏD hesab etdiyimiz orta məktəblər rüşvət və korrupsiya məkanına çevrilir.

Biz hələ orta məktəb direktorlarının repetitorlar üçün müəllimlərə  ayırdığı sinif otaqlarından,  gəlirləri 50-50  faizlə bölüşdürməsindən  danışmırıq.

Məktəblərin  yeməkxanalarına  verilən ərazq və qida məhsulları da  başqa bir yazının mövzusudur.

Sözün qısası  uşaqlarımızın  gələcəyi olan  məktəblər  əməlli-başlı  biznes və rüşvət  məkanına çevrilib.

Bütün bunlardan əlavə ən dəhşətlisi odur ki,  pedoqoji təhsili olmayan, pedoqoji təcrübəsi olmayan şəxslər məktəblərə direktor  təyin olunur.

Yeri gəlmişkən, bir müddət əvvəl məktəblərdən birinə  aqronom olan bir şəxs  direktor təyin olunmuşdu.

Müzakirə zamanı sabiq deputatlardan biri demişdi ki, məktəb direktoru  pedoqoq olmaya bilər.

Guya Allah qoymasa məktəb direktorunun işi pedoqoji deyil, menecer işidir, yəni məktəb direktoru  biznesmen olmalıdır.

Bax, bu günümüzün reallığıdır.

Məktəbdə şagirdlərdən yığılan pullar,  sinifdə qalmamaq üçün valideynlərin verdiyi rüşvət, repetitor müəllimlərdən alınan aylıq, hətta “arenda pulu”  və s  hüquq-mühafizə orqanları tərəfindən ciddi  araşdırılmalıdır.

Sonda  Elm və Təhsil Naziri cənab Emin Əmrullayevdən soruşuruq ki, məktəb direktoru Lalə xanımın bu əməllərini görmürsünüz..?

Qarşı tərəfin mövqeyini tanıyırıq.

 

Benelxalqinformasiyaagentliyi.az