12 dekabr – XALQIN XİLASKARI ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜDÜR

378

12 dekabr – XALQIN XİLASKARI ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜDÜR

Müstəqil Azərbaycan dövlətinin yaradıcısı Böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş Ulu öndər Heydər Əliyev özünün siyasi fəhmi və müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratmış və Ümumilli Lider zirvəsinə yüksəlmişdir. Onun yaratdığı dövlət idarəçiliyi məktəbi-müstəqilliyimizi qorumaq, Vətənə, xalqa, dövlətçiliyə sədaqətlə xidmət etmək və bu yolda canını belə əsirgəməmək kimi dəyərlərdən qaynaqlanır. H.Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörənliyi və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. O, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi. Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevi bir daha ehtiramla xatırlayır, onun nurlu və doğma siması göz önündə canlanır. O, sözlərinin çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı ianmdırmağı bacaran bir siyasi xadim idi. Heydər Əliyev Mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. Buna görə də onun gələcəyi görmək qabiliyyəti başqalarına, həmkarlarına nisbətən nisbətən daha güclü idi. Heydər Əliyev fenomeni təkcə bir məkanla, Azərbaycanla məhdudlaşmır. O, hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən biridir. Biz dünyanın məşhur simalarının bu dahi şəxsiyyət haqqında necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik. Heydər Əliyev siyasət aləminin yenilməz şəxsiyyət kimi səciyyələndirilir. Heydər Əliyev zəkası məkan və zaman anlayışı tanımayıb. Naxçıvanda adı bir ailədə dünyaya gələn bu böyük insanın siyasət olimpinə yolu təlatümlərdən, çətin sınaqlardan, aramsız mübarizələrdən keçib. Heydər Əliyev ömrü insan ruhunun qüdrətinə, yenilməzliyinə qalib gəlmək əzminə parlaq nümunədir. Bu dahi şəxsiyyətin xalqı qarşısında daha bir müstəsna xidməti İlham Əliyev kimi oğul yetişdirməsi, özündən sonra layiqli varisi qoymasıdır. Yeni əsrin lideri olan Prezident İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, praqmatik siyasəti ilə ölkəmizi irəli aparır. Xalqımız ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 12 dekabr anım gününü onun ən böyük arzusunun çin olmasının -Qarabağın düşməndən azad sevinci ilə qeyd edir. Artıq iki ildir ki, ulu öndərin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə millət atası Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi vəsiyyəti gerçəkləşdirilmişdir. Paytaxtımızın ən uca nöqtələrindən birində yerləşən Fəxri xiyabanda Heydər Əliyevin möhtəşəm, əbədiyyət simvolu olan abidəsi ucalır. Azərbaycana təşrif buyuran yüksək səviyyəli dövlət və siyasi xadimlər, görkəmli şəxslər hər bir mötəbər qonaq bu abidəni ziyarət edərək xalqımızın Ulu öndərinin xatirəsinə hörmət və ehtiramını bildirir. Dahi şəxsiyyət Heydər Əliyev istər Azərbaycanın, istərsə də dünyanın siyasi mühitinə Liderlik simvolu olaraq həkk olundu. Müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən parlaq səhifəsi Ulu Öndər Heydər Əliyev tərəfindən yazıldı. Heydər Əliyev bugünkü və gələcək nəsillər üçün müstəqil, çiçəklənən bir dövləti-müstəqil Azərbaycanı miras qoydu. Bu gün dahi öndərimiz aramızda olmasa da, Onun yaratdığı dövlətçilik fəlsəfəsi hər gün bizimlə qoşa, hətta bizdən öndə addımlayır, yaşayır, yaşadılır. Çünki Vətənini, dövlətini sevən hər bir azərbaycanlının qəlbinin guşəsində əbədi və ölməz Heydər Əliyev dühası yaşayır. Onun fiziki yoxluğundan neçə illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Tək anım günündə deyil, adi vaxtlarda da insanlar Fəxri Xiyabana gedərək onun məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər. Ulu öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz. Biz Ədliyyə işçiləri olaraq hər il ümummilli liderimizi böyük ehtiramla yad edir, ona Allahdan rəhmət diləyirik. 12 dekabr ümummilli lider Heydər Əliyevin anım günündə hər il Fəxri Xiyabanda böyük izdiham yaşanır. İnsanlar axın-axın Ulu öndərin abisi önündən keçir, ruhu qarşısında baş əyirlər. Fəxri Xiyabanda yaşanan izdiham xalqın öz böyük liderinə olan məhəbbət və ehtiramının təcəssümüdür. Tam əminlik yaranır ki, xalqın Heydər Əliyevə məhəbbəti əbədidir. Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq, yaşayacaq. Heydər Əliyevin anım günündə onun canından artıq sevdiyi Azərbaycan ərazi bütövlüyünə qovuşub. “Qarabağ Azərbaycandır”! şüarıyla döyüşlərə atılmış və qələbə qazanmış xalqın önündə yeni yollar açılıb. Üfüq kimi yollar və bu üfüqdə Azərbaycan adlı daha parlaq günəş var. O günəş dayanmadan il çıq saçır, aləmi bura boyayır! O günəş Azərbaycan dövlətinin əbədiyyət simvoludur! Üfüqdəki Azərbaycan günəşinin varlığına görədir ki, Heydər Əliyevin ruhu şaddır. Ruhun hər zaman şad olsun, möcüzə insan! Daim qəlbimizdəsən!

Bayram Səfərov

Şuşa Şəhər İcra Hakimiyyətinin Başçısı