QARABAĞ REGİONAL TƏHSİL İDARƏSİNİN RƏHBƏRİ GÜNDÜZ ƏBİLOV

217

QARABAĞ REGİONAL TƏHSİL İDARƏSİNİN RƏHBƏRİ GÜNDÜZ ƏBİLOV

Bu gün 30 illik zaman keşiyində cənab Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi  və mədəni inkişaf yolundakı tarixi xidmələrin  analitik təhlil edəndə, görülmüş işləri milli və dövlətçilik mənafeyi baxımından dəyərləndirəndə Azərbaycanın məhz bu illərdə  sürətlə inkişaf etdiyinin bir daha şahidi oluruq.

Tarixin haqsızlığı üzündən milli dövlətçiliyindən ayrı düşmüş, milli hissiyatı buxovlanmış Azərbaycan xalqı məhz  o illərdə sosial–iqtisadi və mədəni tərəqqi yoluna qədəm qoymuş, xalqın özünüdərki və özünü təsdiqləməsi üçün zəruri, ilkin şərtlər  yaradılmış, əhalinin intelektual inkişaf səviyyəsi ölçüyəgəlməz dərəcədə yüksəlmişdir. Heydər Əliyev milli tərəqqinin, elmin, mədəniyyətin və mənaviyyatın inkişafının əvəzedilməz vastəsi olan təhsilə tövhələrindən, qayğısından, xalqın təhsillənməsi, təhsil sisteminin ahəngdar inkişafı yolundakı xidmətləri ölçüyə gəlməzdir.

Dünya sivilizasiyasının tarixi təcrübəsi göstərir ki, elmə, təhsilə yüksək qiymət verən dövlət başçıları bununla nəinki öz  ölkələrinin iqtisadi və mədəni  yüksəlişini təmin edir, həm də mədəniyyətə böyük tövhə vermiş olurlar. Bu mənada Ulu Öndər Heydər Əliyevin milli təhsilin inkişafına göstərtdiyi qayğı və diqqət özünə məxsusluqu ilə seçilir. Belə ki, möhtərəm Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi  mərhələ bugünkü Azərbaycan elminin inkişaf dövrü kimi qavranılır.

Azərbaycan təhsilinin inkişafı sahəsində Heydər Əliyevin xidmətləri iki istiqamətdə getmişdir:

Heydər Əliyev milli tərbiyə və təhsilə dair nəzəri göstərişləri.

Heydər Əliyev milli təhsil quruculuğunda, təhsilin müxtəlif  sahələrinin ahəngdar inkişaf yolunda gördüyü işlər.

Ulu Öndər Heydər Əliyev təhsilin cəmiyyətin inkişafındakı rolundan danışarkən deyir:

“Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycan yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə inkişaf edə bilməzdi. Bunlar olmasaydı biz  indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır.

Milli tərəqqidə, müstəqil dövlət quruculuğunda təhsilin, tərbiyyənin əvəzsiz rolu rolu olduğu Ulu Öndər Heydər Əliyev həmişə vurğulamışdır. Ölkəmizdə hələ də milli tərbiyə konsepsiyası işlənməmişdir. Lakin cənab Heydər Əliyevin çıxış, nitq və məruzələrində irəli sürülən təklif və fikirlər tərbiyyə işinin həm məzmununu,həm də həyata keçirilmə yollarını müəyyənləşdirir.

Təhsilin hər bir dövlətin, ölkənin, cəmiyyətin mühüm sahəsi olduğunu ön plana çəkmişdir. Azərbaycan təhsilinin son 30 illik tarixi inkişafının  təhlili göstərir ki, milli təhsilimiz aşağıdakı mərhələlərdən keçmişdir:

Azərbaycan  təhsilinin milli tariximizdə coşğun  yüksəlişi, əsl  intibah illəri kimi daxil olan ilk mərhələsi Heydər Əliyevin Azərbaycana  rəhbərliyinin I dövrünə təsadüf edir.

İkinci mərhələ cənab Heydər Əliyevin  keçmiş SSRİ-nin ali rəhbərliyində çalışdığı 1982-1987-ci illəri əhatə edir. Bu o illər idi ki, digər sahələrlə yanaşı, Heydər Əliyev  dövlətin bütünlükdə təhsil sisteminə  rəhbərlik edirdi. Hətta o illərdə Azərbaycan gənclərinin nəinki Azərbaycanda, həmçinin Azərbaycan hüdudlarından kənarda da təhsil almalarına şərait yaradərdı. Hətta, tez-tez Azərbaycanlı tələbələrlədə görüşür, onların qayğı və problemləri ilə şəxsən maraqlanır, onların həlli üçün bütün imkanlardan istifadə edirdi.

Üçüncü mərhələ çağdaş təhsil tariximizin ən mürəkkəb, böhranlı illərini (1988-1993) tənəzzül və depressiya illərini əhatə edir. Bu mərhələdə Azərbaycan təhsilinə rəhbərlik edənlər onun cəmiyyətdəki rolunu düzgün qiymətləndirə bilmədilər. Təhsilin “inqilabi yolla” yenidən qurulmasına cəhd edərək, 1992-ci ildə “Təhsilin qanunu” qəbul etdilər.

Dördüncü mərhələ Heydər Əliyev müstəqil Azərbaycanın dünya standartlarına  uyğun təhsil islahatları əsasında yeni milli  təhsil quruculuğuna  rəhbərliyi ilə başlananindiki dövrü əhatə edir.

1982-ci ilin sonunda Heydər Əliyevin keçmiş SSRİ-nin təhsil islahatlarına rəhbərlik etməsi ilə ümumtəhsilin inkişafında da müəyyən keyfiyyət dəyişmələrinə gətirib çıxartdı.

Möhtərəm Heydər Əliyev Azərbaycan təhsilin inkişaf yolundakı böyük nxidmətlərindən biri də 1970-1980-ci illərdə təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, keçmiş SSRİ-nin ən məhşur ali məktəblərində Respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq Azərbaycanlı gəncin ali təhsil almasına, yüksək  ixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şərait  yaratmasıdır. Heydər Əliyev 70-80-ci illərdə Azərbaycandan kənarda təhsil almış yüksək ixtisaslı mütəxəssisləri “Azərbaycanın yetirmələri, Azərbaycanın milli sərvəti” kimi yüksək qiymətləndirmişdir.

Azərbaycan müstəqillik qazandıqdan sonra  cəmiyyətimizin hər bir sahəsində olduğu kimi, təhsil sahəsində də bir canlanma, yeniləşmə nəzərə çarpmağa başladı. Ümummilli liderimiz Heydər Əliyev siyasətin büyük təsiri nəticəsində irəliləyişlər olmuş, orta, orta-ixtisas və ali məktəblərdəə struktur dəyişiklikləri baş vermiş, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi quruculuq işləri aparılmış, problemin həlli üçün  effektiv üsul  və metoların tətbiqi önə çəkilmişdir. Heydər Əliyev həmişə öz nitqində demişdir:

“İndi Azərbaycan müstəqil dövlətdir. Respublikamızın müstəqil dövlət kimi Azərbaycanın öz milli diologiya  konsepsiyasını yaradaraq, inkişaf etdirərək, şübhəsiz ki, təhsil sahəsinin də milli məqsədlər, mənafelər əsasında qurulmalıdır.”

Heydər Əliyev Azərbaycan qurultayında dövlətin təhsil sahəsinə münasibətini belə ifadə etmişdir:

“Biz müstəqil  dövlət olaraq özümümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq. Bütün dünya ölkələrinin mütərəqqi təcrübələrindən istifadə edirik. Hesab edirəm ki, indiyə qədər yaranmış təməlin üzərində Azərbaycan təhsili, məktəbi bundan  sonra daha da təkminləşdirəcək.

Təhsil Problemləri və Müəllimləri Təkminləşdirmə İnstituttlarında, KİV-də müzakirə edilən təhsillə bağlı yeni termin və istilardan biri də kurrikulumdur. Bu sözün mənası mətbuatda kifayət qədər açıqlanıb. Kurrikulum proqramların, tədris planlarının, dərsliklərin yeni standartlara uyğun hazırlanması olub, nəticənin, başqa sözlə, bacarıq və əməlin önə getməsi, əsas götürülməsidir. Ümumiyyətlə, Azərbaycanda təhsilin dünyanın inkişaf  tendensiyalarına və beynəlxalq standartlara cavab verən hazırkı səviyyəyə çatmasında Ümummilli lider Heydər Əliyevin xidmətləri az olmamışdır. Biz əvvəldədə qeyd etdik ki, Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin intibah dövrü 1969-cu il 14 iyun tarixindən başlanılır. İndi ölkəmizdə faliyyət göstərən ümumi, texniki-peşə, orta ixtisas, ali eləcədə əlavə təhsil müəssələrinin geniş şəbəkəsi, güclü elmi-pedoqoji kadr korpusu  öz mənbəyini məhz keçən əsrin 70-ci illərində Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində  aparılan uzaqgörən və məqsədyönlü siyasətdən almış, həyata keçirilən  genişmiqyaslı təhsil quruculuğu  işi gələcək  inkişafın güclü təməlini qoymuşdur.

Bütün bunlarla  bərabər təhsil sistemində bir neçə islahatlar da aparmışdır. 2003-cü ildə yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və  müasir  tədris  avadanlıqları ilə təmin olunmasına dair Dövlət Proqramı, xüsusi isdedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə proqram və bununla  bağlı digər proqramlar və onların reallaşdırılması da təhsilin inkişafı ilə bağlı görülən işlərin bir qismidir.

Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyev siyasəti, banisi olduğu milli dövlətçilik strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin bundan sonra da davam etməsi Azərbaycan dövlətinin tərəqqisi üçün ən böyük təminatdır.

Siyasi mübarizədə müdriklik və qətiyyət, həyatda praqmatizm, dövlət idarəçiliyində ustalıq – Heydər Əliyev siyasi məktəbinin əsasını təşkil edən bu amillər Vətənə və xalqa xidmət naminə real siyasətlə məşğul olan hər bir kəs üçün tarixi örnəkdir. Çünki Heydər Əliyev şəxsiyyəti özlüyündə bir tarixi hadisə idi. Bu böyük insanın ideyaları bundan sonra da  daim yaşayacaq, gələcək nəsillərə örnək olaraq qalacaqdır.

GÜNDÜZ ƏBİLOV

QARABAĞ REGİONAL TƏHSİL İDARƏSİNİN RƏHBƏRİ