İşçilər “Bolat” tikinti şirkətindən şikayətçidir?… FAKT/İDDİA

477

İşçilər “Bolat” tikinti şirkətindən şikayətçidir?… FAKT/İDDİA

Hər il Azərbaycanda iş yerlərində, istehsalatda baş verən qəzalarda onlarla insan həyatını itirir və ya müəyyən bədən xəsarətləri alaraq əlil olur.

Daha çox qəza tikinti sahəsində baş verir: “Tikintidə baş verən qəzaların əsas səbəbləri təhlükəsizlik qaydalarına riayət olunmamasıdır. Bəzi işbazlar vergidən yayınsın deyə işçiləri işə götürərkən əmək müqaviləsi bağlamırlar. Həmin tikinti şirkətlərdən biri də “Bolat” şirkətidir. Şirkətin rəhbəri həm Azərbaycanlı soydaşımız Əhməd bəy və onun ortağı Türk vətəndaşı Sedat Alqandır. Şirkətdə məsul vəzifədə çalışan mühəndis Emin Rəhimov işçiləri qanunsuz olaraq istismar edir. Rəhbərlik nəinki  işçilərli əmək müqaviləsiz işlədir hətta onları təhlükəsizlik qaydaları ilə təlimatlandırmır, həm də işçilərin əksəriyyətini sığortalamır. Şirkətdə fəaliyyət göstərən şikayətçi Dəmirov Vüsal Kərim oğlu verdiyi məlumata əsasən işçilərin iki aya yaxındır ki, əmək haqqını vermir. Onunla bərabər otuza yaxın işçilərin əmək haqqını vermir, mənimsəyir. Tikintidə işçilər nəinki stadartlara cavab verən fəhlə geyimini geyinmişlər, hətta baş geyimi, təhlükəsizlik kəmərindən istifadə olunmur və qorunma təhlükəsizlik qaydalarına riayət olunmur. Aldığımız məlumata əsasən şirkət Qarabağ iqtisadi rayonun Zəngilan rayonunda tikinti işləri məşğul olur. Tikintinin məsul işçisi Emin Rəhimovla əlaqə saxlayıb bu barədə sorğu almaq istəsək də lakin, cəhdlərimiz boşa çıxdı. Şikayətçi Vüsal Dəmirov qeyd edir ki, bu günə qədər işlədiyim maaşı ala bilməmişəm, hər gün aldadırlar, get-gələ salırlar. Qeyd edir ki, azyaşlı övladları var. Övladlarının məktəbli formasını ala bilmədiyindən uşaqlar dərsdən yayınırlar.

Şikayətçi redaksiyamız vasitəsi ilə aidiyyatı orqanlardan xahiş edir ki, şikayəti təmin olunsun və əmək haqqını tezliklə şirkət tərəfindən ödənilsin.

Qarşı tərəfin mövqeyini dinləyib dərc etməyə hazırıq.

Beynelxalqinformasiyaagebtliyi.az