Xocasəndə “ölü” biznesi…- Sensasiya

448

Xocasəndə “ölü” biznesi…- Sensasiya

Xocasən qəsəbəsində “ölü” biznesi sırf Yaqub adlı qəbristanlıq müdirinin nəzarətindədir…

Əgər şəhərin ucqarlarında 1 sot torpaq 1500-2000 manata təklif edilirsə, qəbristanlıqlarda 2-3 kvadratmetr yer 1000-2000 manat arasında dəyişir.

Xocasən qəsəbəsində əhalinin ən çox ölüsünü dəfn etdiyi yerlərdən biri də Xocasən yeni yaşayış massivi qəsəbə mərkəzinin ərazisində yerləşən qəbristanlıqdır. Xocasən qəsəbəsindən əlavə bu qəbristanlığa dogər yaxın kəndlərindən də dəfn üçün ölü gətirilir. Ancaq mövcud qiymətlər insanları qətiyyən razı salmır. Qəbristanlıqda da ən aşağı qiymət əhaliyə Vətəndaşlıq Xidməti qurumu tərəfindən müəyyən edilən qiymətlərdən təxminən 12-13 dəfəyə qədər yüksəkdir. Qəbrin yeri üçün 49 manat, qəbrin qazılması, mişar daşları ilə tikilməsi və dəfn olunma proseduru üçünsə, materialların qiyməti istisna olmaqla, 65.40 qəpik müəyyən edilib. Camaatın dediyinə görə, qəbristanlıqda qiymət bundan bir neçə dəfə bahadır. Səbəbi isə bu qəbristanlığın müdiri Yaqub müəllimdir. Yaqub müəllimin himəyadarı yüksək rütbəli məmur olduğundan və heç kimlə hesablaşmamasıdır. Dini qurumlarda, hətta dövlət orqanlarında kifayət qədər oturuşmuş Yaqub müəllim isə heç kim bacarmır. Əslində bu adamın qaranlıq əməllərində xəbərdar olsalar da hələ ki, gözün üstə qaşın var deyən yoxdur.

Demək olar ki, dövlət torpağı olan qəbristanlıqlarda möhtəkirlər tərəfindən böyük gəlirlər gətirən qeyri-rəsmi bir biznes qurulub. Hər il Xocasəndə qeydiyyatda olan insan dünyasını dəyişir. Möhtəkirlərin hər qəbirdən əldə etdiyi qanunsuz gəlirin orta hesabla 500-1000 manatı keçdiyi nəzərə alınarsa, bu qanunsuz günah dövriyyəsinin gəliri ildə ən azı yüzminlərlə manata bərabər olur. Xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində quran həmin Yaqub müəllim, həm də dini baxımdan böyük günah işlətmiş olur. Hər halda, onlar bu əməlləri ilə torpaqdan yaranmış bəndənin torpağa qayıtmasına şeytani maneçilik törədirlər.

Xocasən qəsəbəsi yeni yaşayış massivinin qəbristanlığın müdiri Yaqub haqqında daha şok faktlarla sizi tanış edəcəyik.

Bizi izləyin…

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.