Cənub bölgəsini iflic edən fırıldaqçı falçı Abbas – İDDİA/FAKT
El arasında bir söz var: fala inanma, falsız da qalma. Falçıya getmək artıq bəziləri üçün vərdiş, xəstəlik halını alıb.
Hər falçının da öz üslubu, öz tərzi var. Kimi kartla fala baxır, kimi kitab açır, kimi şəkər tozu ilə, kimi su ilə, kimi qəhvə ilə, kimi də əlin içindəki naxışlara baxaraq… Kim bilir, hələ bu çeşidlərə daha neçəsi əlavə ediləcək.
Falçı heç vaxt ondan imdad gözləyən şəxsə acı proqnoz söyləməz, çünki qapısına gəlmiş müştərini itirməkdən qorxar. Olmayan iş üçün gəlsələr belə, yenə bir ümid qapısı uydurar, təsəlli verməyə, onları özünə bağlamağa çalışar. Dərdli adam, əlbəttə, bu cür münasibətdən xoşhal olar, bəlkə də, falçının söylədiyinin yalan olduğunu bilə-bilə o yalana inanmaq, aldanmaq, ovunmaq istər. İnsan bir ümidini itirməmək üçün 30-50 manatı gözüyumulu verir. Amma indi heç 30-50 manatın üzünə baxan da yoxdur. Qiymətlər çox-çox yüksəklərdə oynayır.
Söhbət kimdən getdiyini sizi məlumatlandırım, cənub bölgəsində özünə camaatı aldadaraq dəbdəbəli həyat quran falçı Abbasdan. Onun yanına nəinki ətraf rayonlardan, hətta paytaxtdan belə gələnlər var. Mənbədən daxil olan məlumata əsasən falçı Abbas xüsusilə də qadınları aldatdığını bildirirlər, çünki xanımlar ən çox fala getməyi, fala baxdırmağı adət-ənənə halına çeviriblər.
Xüsusilə də, avam camaat, problem olan insanlar son pənah yeri kimi falçıların yanına gedərək onlardan problemlərinin hər hansı yolla (cadü-əməl) olursa-olsun həllini istəyirlər. Vəziyyətdən istifadə edən falçı Abbas onlardan külli miqdarda pul qoparır. Falçı Abbas camaatı aldadaraq onların hisslərini özünə ram edib, əllərində olan pullarını alır. Bu azmış kimi zalım oğlu elə-bil psixoloqdu, hər gələni seanslara yazır ki, hər dəfəsində pullarını alsın.
Hadisənin əsas problemli tərəfi odur ki, hələ də falçılara inanan insanlarımız çoxdur. Hətta artıq probleminin falçı, “molla” tərəfindən həll olunacağına mütləq inanan insanlar da var. Belə olmasa idi, falçılıq fəaliyyəti ilə məşğul olanların da sayı azalardı. Təxmini hesablamara görə, il ərzində ölkəmizdə on milyonlarla manat məhz falçı, ekstrasens, cadugərlərə xərclənir. Elə falçıların qəbullarına düşmək üçün də ödəniləcək vəsaitlərin az olmadığı açıqca görünür. Halbuki, qanunla nəzərdə tutulan cəza, mütəxəssislərin “inanmayın” tövsiyəsi, dinin “haramdır” çağırışı aldananlara çoxdan dərs olmalı idi. Problem burasındadır ki, falçıların əməlləri ilə bağlı qanunla müəyyən olunmuş cəza növləri olsa da, bu, yalnız cinayət baş verdikdən sonra tətbiq edilir. Onların fəaliyyətinin motivi adətən insanları aldatmaq, müvafiq qabiliyyətlərinin olmadığı halda fırıldaq yolu ilə vətəndaşların əmlak hüquqlarını ələ keçirməkdir. Bu da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi – dələduzluq əməli kimi dəyərləndirilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən isə bildirilir ki, falçılar tərəfindən aldadıldığını düşünənlər mütləq hüquq-mühafizə orqanlarına müaciət etməlidirlər.
Görəsən Lənkəran Şəhər Polis İdarəsinin falçı Abbasdan xəbəri varmı? Niyə bu dələduzluqla məşğul olan şəxs barəsində cinayət açılmır. Bu adamı kimlər himayə edir?
Davamı var… Bizi izləyin.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
- Falçı Abbasdan daha şok faktlarla sizi tanış edəcəyik. Bizi izləyin.