Mənəviyyatımız hara sürüklənir? – insan alveri ilə məşğul olan Sabirabad oteli? – İDDİA/FAKT

623

Mənəviyyatımız hara sürüklənir? – insan alveri ilə məşğul olan Sabirabad oteli? – İDDİA/FAKT

Əxlaqsız əməllərin intensiv xarakter aldığı otellərdən biri də paytaxtın ən tanınmış rayonlarından biri Nərimanov rayonu ərazisində, Dərnəgüldə yerləşir.

Redaksiyamıza mənbədən daxil olan məlumata əsasən Dərnəgüldə yerləşən “Sabirabad oteli” adı altında Ramil adlı şəxs insan alveri ilə məşğul olduğunu aşkarladıq. Azərbaycanlıya xas olmayan, milli mentalitetimizə zidd olan hərəkətlərlə, yəni qadın alveri ilə məşğul olmağının şahidi olduq. Bu adamlar belə məkanları otel adı altında əxlaqsız yuvası işlədir. Aldığımız məlumata görə bu otelə hətta yetkinlik yaşına çatmamış qızları cəlb edirlər (Red: Diqqətimizdə saxlayırıq).

Bu şəxslərə himayədarlıq edən məmur kimdir?  Hüquq-mühafizə orqanları buna niyə göz yumurlar?

Oteli işlədən Ramil adlı şəxs işlətdiyi bu məkanı xəstəliklər mənbəyinə çevirib. İlk əvvəl bu yerdə fəaliyyət göstərən insanlardan müsahibə aldım. Bildirdilər ki, adıçəkilən otel hamını boğaza yığıb. Vəziyyət o həddə çatıb ki, küçədə və sair yerlərdə əxlaqsızlarla üzbəüz gəlirlər. Artıq rüsvay olduqlarını bildirirlər. Adı çəkilən otelin yanından belə keçə bilmirlər, əxlaqsız hərəkətlərlə məşğul olurlar.

Nərimanov Rayon Polis İdarəsi bu otel haqqında niyə ölçü götürmür?  

Burada yaşayan sakinlər deyirlər ki, bu biabırçılıqla bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsələr də, səslərinə səs verən yoxdur. Heç kim bu məsələyə müdaxilə edib bu biabırçılığı aradan qaldıra bilmir. Çox qəribədir polis bu məkana gəlsə də amma neqativ hallar, əxlaqsızlıq hələ də davam edir. Belə aydın olur ki, polis “haqq” alıb bu kafeyə bu cür əməllərin yayılmasına şərait yaradır.  “SABİRABAD OTELİ”ni işlədən Ramil adlı bu şəxsə yuxarı instansiyalara şikayət etdirdiyini bildirəndə, o öz növbəsində heç kimdən, heç nədən qorxmadığını söyləyir. Görəsən bu adam himayədarlıq kim edir?

Vətəndaşlar redaksiyamız vasitəsi ilə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə müraciət edib bildirirlər ki, bu kafe barəsində ciddi ölçü götürüb, insan alverinin qarşısı alınsın.

Ramil adlı şəxs haqqında ciddi ölçü götürülməlidir ki, mənəviyyatımızı korlamasınlar, başqalarına da dərs olsun.

Bu məkanı işlədənlərə bildirmək istəyirik ki, qanuni dövlətdə yaşayırıq. Qanun hər kəsdən, hər şeydən üstündür. “Hörmətli” Ramil “bəy” sənin də ipini çəkən olacaq.

 

Əks tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

P.S. Bu məkan haqqında daha şok faktlarla (FOTO/VİDEO) sizi bir azdan tanış edəcəyik.

 

Bizi izləyin…