YÜKSƏK PEŞƏKARLIQ VƏ AYDIN VƏTƏNDAŞ MÖVQEYİ
Azərbaycanın dövlət müstəqilliyi, son 30 il boyunca, torpağımızı qorumaq, mədəni və mənəvi həyatımızı qurmaq, qanunlar qəbul edib ölkəni bu qanunlarla idarə etmək, SSRİ-dən sonra çökmüş iqtisadiyyatı canlandırmaq, əhalini iş və çörəklə təmin etmək kimi böyük problemlərdən tutmuş vətəndaşlıq şüurumuza, milli kimliyimizi dərk etmək səviyyəmizə, özümüzə və sözümüzə münasibətimizədək – çox mürəkkəb və çətin sınaqlardan keçirdi bizi.
Milli kimliyi, müstəqil düşüncəni və ana dilini unutdurmağa çalışan (nəticə tam tərsinə oldu!) sovet rejimindən sonra fikir və vərdiş şablonlarını qırıb yeni bir həyat sistemi qurmaq, üstəlik müharibə şəraitində, son dərəcə çətin, amma şərəfli bir işdir; milli tariximizin parlaq bir səhifəsidir. Azərbaycan, bütün qüsurlara və çətinliklərə baxmayaraq, bu yolu getmişdir. Bu yolda bəziləri axsamış, bəziləri isə tamamən sıradan çıxmışdır. Amma elə iradəli və cüssəli insanlar var ki, hər bir çətinliyə dözüb məhz dövlətə və dövlətçiliyimizə xidməti ilə seçildilər. Bəli, seçildilər… Və müasir müstəqil Azərbaycanın qurucusu və banisi olan Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sədaqət göstərərək, layiqli siyasi kursununu davamçısı olan Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarına hər zaman dəstək oldular.
Özünün yüksək peşəkarlığını təcəssüm etdirən, danışdığı sözdən, yürütdüyü fikirlərdən, dünyada və ölkəmizdə baş verən hadisələrə münasibətindən, dialoqda olduğu adamalardan, tutduğu ictimai mövqedən…
– Bu dəfə söhbət açacağımız insan özünün müsbət keyfiyyətləri ilə seçilən Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Prezidenti Yusifov Bəkir Aslan oğludur. Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, Allahın bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin – gözəl insan, Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Prezidenti Yusifov Bəkir Aslan oğlu keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Bəkir Yusifov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Bəkir müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır. İstər pandemiyanın sərt dövründə, istərsə də Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əks-hücum əməliyyatı zamanı hərbiçilərimizə və ölkə vətəndaşlarına əlindən gələn köməkliyini göstərmiş, və onların qayğısına qalmışdır.
Bəkir müəllimin şərəfli ömür yolu, dövlətə-dövlətçiliyə bağlılığı, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə müasirlərinin dərin rəğbətini qazanmış belə dəyərli insanlardan biridir. Hər bir insanın təkcə gələcək həyat yolunun deyil, həm də peşə seçiminin düzgün müəyyənləşməsində havasını udduğu, suyunu-çörəyini daddığı torpağın, doğulub boya-başa çatdığı ailənin, əhatə olunduğu cəmiyyətin rolu birmənalıdır. Bu amillər istənilən fərdin istedadının parlamasında, üzə çıxmasında və püxtələşməsində mühüm rol oynayır.
Bəkir Yusifov istər vəzifə borcunu, istərsə də ictimai fəaliyyətinin hər bir parlaq səhifəsi xalqa təmənnasız xidmət nümunələri ilə zəngin olub, onun əsl ziyalı və nəcib şəxsiyyət imicini tamamlayır. Ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə daşıyaraq vəzifəsini vicdanla yerinə yetirərək, xalqımıza əvəzsiz töhfələr verib.
Bəkir müəllim bütün varlığı, ruhu ilə dövlətinə xidmət edən insan, nurlu şəxsiyyətdir. O bu gün də daxildən gələn tükənməz bir enerji ilə çalışır, üzərinə götürdüyü çətin və məsuliyyətli missiyanı ləyaqətlə, vicdanla yerinə yetirmək, saf və ali məqsədlərə pillə-pillə yetişmək üçün zəhmətdən çəkinmir. Bütün bu keyfiyyətlər isə onun daha böyük həyat və yüksək pillələrə uğurlarına möhkəm zəmin yaradır.
Bəkir Yusifovun şərəfli ömür yolunu, sanballı rəhbərlik məharətini, yüksək insani dəyərlər məcmusunu, ən nəhayət, ləyaqətli, mərd, əsl Azərbaycan kişisi obrazını təcəssüm etdirir. Mənalı ömrünü doğma Azərbaycanı və sevimli milləti üçün yaşayan Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının Prezidenti Bəkir Yusifov əminik ki, qarşıdakı illərdə həyatının daha məhsuldar dövrünü, iş fəaliyyətinin daha parlaq səhifələrini yaşayacaqdır!
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Bəkir Yusifova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
İnsanlar tarixdə öz gözəl, xeyirxah əməllərinə görə yaşayır və gələcək nəsillərə örnək olurlar. Böyük xeyriyyəçi, qayğıkeş insan, Bəkir Yusifov da bu qəbildən olan insanlardandır. Vətənpərvər insan Bəkir müəllim deyir ki, insanın daxildə olan Vətən sevgisi istər-istəməz onu əməyə, işgüzarlığa yönəldir.
Zəruri giriş: 12 noyabr 1956-cı ildə Azərbaycan Respublikasının Laçın rayonunun Əhmədli kəndində anadan olmuş, təhsili ali, 1983-cü ildə Vladimir İliç Lenin adına (indiki N. Tusi adına) Azərbaycan Pedoqoji İnstitunu bitirib.
Əmək fəaliyyətinə 1977-1980-ci illər ərzində SSRİ Kommunist Partiyasının XXI Qurultayı adına gəmiqayırma zavodunda fəhlə, texnik-konstruktor kimi başlayıb.
1980-1981-ci illərdə 10 nömrəli texniki peşə məktəbində istehsalat təlimi üzrə usta, 1981-1984-cü illərdə Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyib.
1990-1991-ci illərdə Azərbaycan Ziyalılarının Demokratik İttifaqının Respublika İdarə Heyətinin təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb.
1991-1992-ci illərdə Elektrostansiyalar və elektrotexniki sənaye işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində təlimatçı vəzifəsində işləyib.
1992-ci ildə Aviasiya işçiləri həmkarlar ittifaqı Respublika Komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1993-cü il dən 2020-ci ilədək Aviasiya işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri olub.
2003-cü ildə Rusiya Mülki Aviasiyasının “80 illik”, 2005-ci ildə Rusiya Müstəqil Həmkarlar İttifaqlarını “100 illik”, 2007-ci ildə Rusiya Mülki Aviasiyasının “85 illik”, 2012-ci ildə “90 illik” yubiley medalları ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə (25 oktyabr 2005-ci il 1063 S) “TƏRƏQQİ” medalına layiq görülüb.
2006-cı il 18 oktyabr tarixində Ümumittifaq Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin qərarı ilə “Həmkarlar hərəkatındakı fəaliyyətinə görə”, 2012-ci il 10 apreldə isə ”20 illik”, 2017-ci ildə isə “25 illik” gümüş yubiley medalları ilə təltif olunub.
2006-cı il 24 oktyabrda Belorusiya Həmkarlar İttifaqları Federasiyasının “100 illik yubileyi medalı”-na, 2015-ci il 24 sentyabrda isə “110 illik yubileyi medalı”-na, 2008-ci ildə Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının 19 nömrəli Əmri ilə “Şərəf Nişanı” na, 2013-cü ildə isə Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin (Azal) “75 illik” yubiley medalına layiq görülüb.
2013-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “20 illik” yubiley döş nişanı ilə, 2015-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “VƏTƏNƏ XİDMƏTƏ GÖRƏ” ordeni ilə təltif olunub.
2016-cı il noyabr ayının 11-də Beynəlxalq Aviasiya İşçiləri Həmkarlar İttifaqları Birliyinin sədri seçilmişdir.
2016-cı ildə Beynəlxalq Aviasiya İşçiləri Həmkarlar İttifaqları Birliyinin “20 illik” yubiley döş nişanı ilə 2018-ci ildə Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin “Mülki aviasiya sahəsində xidmətlərinə görə” medalı ilə təltif edilib.
2019-cu ilin aprelində Beynəlxalq Aviasiya İşçiləri Həmkarlar İttifaqları Birliyinin “Xidmətlərinə görə” döş nişanına və Beynəlxalq Əmək Təşkilatının yaranmasının 100 illiyi münasibətilə Fəxri diploma layiq görülüb.
Ümumittifaq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.
2021-ci il 30 aprel tarixində keçirilən Metal İşçiləri Həmkarlar İttifaqının Məclisində Federasiyanın prezidenti seçilib.
Şahmar Zərdabi
Baş redaktor