Xalqa və dövlətə sədaqətli, layiqli, əsl vətəndaş mövqeyi
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasətini dəstəkləyir və hər zaman xalq-dövlət, dövlət-xalq birliyini özünə mücəssəmə bilərək öz vətəndaşlıq borcunu xüsusi əhəmiyyətli günlərdə yüksək səviyyədə yerinə yetirir. Mütəmadi olaraq Qarabağ Müharibəsində qəhrəmancasına şəhid olan ailələrə, veteranlara baş çəkərək, onların sosial problemləri ilə yaxından tanış olub və həllində əlindən gələn köməkliyi göstərir.
Nazim müəllim dünyanı bürüyən “Covid-19” pandemiyası dövründə və Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin “Dəmir Yumruq” əməliyyatı ilə başlana 44 günlük Qarabağ Vətən Müharibəsi zamanı aztəminatlı ailələri və döyüşdə iştirak iki yüzdən artıq igid oğullarımızın ailələri ilə daim sıx əlaqə saxlayaraq, onların problemlərin həllində yaxından köməklik etmişdir.
Bildiyimiz kimi 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə “44 günlük” haqq savaşımız oldu. Döyüşdə şanlı ordumuz qalib gələrək tarixi torpaqlarımız olan Qarabağı və ətraf rayonlarını düşmən tapdağı altından azad etdilər. Xalq-dövlət, xalq-ordu birliyi dünyaya bir daha Azərbaycançılıq məfkurəsini sübut etdi. Bu hadisə ölkəmizin bütün vətənpərvərvər sakinləri, ziyalıları kimi, məni də çox sevindirdi və bu qeydləri yazmağa sövq etdi. Vətənpərvər vətəndaşlarımız orduya dəstək kompaniyasında özlərini bütün var-gücü ilə dəstək oldular, əsgərlərimizin yanında oldular. Belə vətənpərvər oğlullarımızdan biri də Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanovdur.
Heç bir təqdimata ehtiyacı olmayan vətənpərvər insandan – İlham müəllimdən danışırıq. Bəli, düzgün düşünürsüz, İlham müəllim vətənpərvər insan, həmişə xeyirxah işlər görən, həmişə dəyərləndirib hörmət bəslədiyimiz eloğludur. Mərhəmət və xeyirxahlıq irsdən gələndir. İlham müəllim Şəhid ailələri, Qazilərimizin, kimsəsizlərin yanında olaraq onların ehtiyac duyduğu maddi və mənəvi dəstəyini göstərmişdir. İlham Qurbanov demək olar ki, hər yerdədir, Qayğıya ehtiyacı olan uşaqların, Qazilərin, ahılların, gənclərin. Ona hamı hörmətlə yanaşır. Hamının rəğbətini qazanıb, hamı öz dərdini ona rahatlıqla danışa bilir, çünki dinləməyi və dərdə şərik olmağı bacarır. Nazim müəllim görüb-götürüb, aldığı tərbiyəsində və özünün dünyagörüşündən qapısına pənah aparan heç kimi əliboş qaytarmayıb. Əlindən gələn bütün köməkliklərini edir. İlham müəllim geniş ictimai fəaliyyəti həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda hər kəsə yaxşı məlumdur.
İlham Qurbanov – İlham Əliyevə və xanım Mehriban Əliyevaya müstəqil demokratik Azərbaycanımıza və vətəndaşlarımıza göstərdiyi xüsusi diqqət və qayğıya dərin minnətdarlığını bildirir. Gələcəkdə Azərbaycanımızın şəhər və rayonlarında abadlıq və quruculuq işlərinin davamlı olmasını arzulayır.
Bundan başqa, İlham müəllim respublikada bir çox mühum tədbirlərdə özünün vətəndaşlıq borcunu yerinə yetirərək bir çox layihələrdə bilavasitə iştirak edir. Onun hər bir layihəsi qayğı və sevgi ilə, xeyirxahlıq arzusu ilə əhatə olunub və bu amillər bir çox insanı İlham Qurbanovun və onun ideyaları ətrafında birləşdirir.
İlham Qurbanova redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
Şahmar Zərdabi
Baş redaktor