QHT rəhbəri Yasəmən Qəyyumlu İmişlidə şəhid ailələri üçün iftar süfrəsi təşkil edib

230

QHT rəhbəri Yasəmən Qəyyumlu İmişlidə şəhid ailələri üçün iftar süfrəsi təşkil edib

Tədbirin əsas məqsədi Ramazan ayının müqəddəs ənənələrini yaşadaraq, oruc tutan insanlara xidmət etmək olub. Müsəlman aləmində ayların sultanı olan Ramazan ayı mübarək və müqəddəs dini bir aydır. Müsəlman aləmində Ramazan ayı ayların sultanı adlanır.İnsanlar bir ay boyunca oruc tutur, bir birlərini ziyarət edir, Ramazan ayının müqəddəs adətlərini icra edərək yaşadırlar. Bu ayın əsas özəlliyi qonşuların, dostların və qohumların ziyarət süfrələrinə toplaşması, bir birlərini yad etmələridir.

Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyi Ramazan ayının müqəddəs adətlərinə sadiq qalaraq təşəbbüs irəli sürrüb. Şəhid ailələrini, İmişli rayon ictimaiyyətinin rəsmilərini və birliyin fəal tərəfdaşlarını bir araya toplayaraq iftar süfrəsi təşkil edib. Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin əziz xatirəsi yad edilib və Azərbaycan respublikasının dövlət himni səsləndirilib.

Tədbirdə İmişli rayon icra hakimiyyətinin başçısı cənab Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili söbəsinin müdiri İltizam Quliyev, iş adamı Saleh Səmədov, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse prezidenti Ruhiyyə Poladova, ictimai fəallar, şəhid ailələri və media nümayəndələri iştirak ediblər.

İmişli rayon icra hakimiyyətinin başçısı Elçin Rzayev, Səfa Ağayev, Dünya Azərbaycanlılarımın Mədəniyyət Mərkəzinin vitse prezident Ruhiyyə Poladova və digər rəsmilər çıxış edərək tədbirin tədqirə layiq olduğunu vurğulayıb, Ramazan ayının müqəddəs dini məqamlarından danışıblar.

Birlik sədri Yasəmən Qəyyumlu çıxışı zamanı hər kəsə təşəkkürünü bildirib və Ramazan ayının əsas özəlliklərindən danışıb. Ramazan ayındada lütf, mərhəmət qapıları açıq olur. Ramazan bərəkət ayıdır. Allah bu ayda günahları bağışlayar, duaları qəbul edər. Birlik sədri dua edərək, Azərbaycan xalqına, Ölkə başçısı cənab Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya və Azərbaycanın keşiyində ayıq-sayıq dayanan əsgərlərə və Azərbaycan ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlığının bir qismini itirən qazilərə can sağlığı, xoşbəxt gələcək arzulayıb, şəhidlərə Allahdan rəhmət diləyib.

Birlik sədri Yasəmən Qəyyumlu tədbirin keçirilməsi üçün xüsusi dəstəyə görə Elçin şadlıq sarayının rəsmi nümayəndəsi Gülünar xanıma və Gazelli Group MMC min rəhbərliyinə xüsusi təşəkkür bildirib.

Tədbirin sonunda Gülünar Nəsirov və gənc, ictimai fəal Tərxan Nəsirov birlik adından Fəxri Diplomla təltif olunub.

Şəhid ailələrinə hədiyyələr və ərzaq sovqatları verilib.

 

Fərid Səfərov

Birliyin mətbuat katibi