Bütün sahələrə qayğı və diqqət Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

404

Bütün sahələrə qayğı və diqqət Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycanın ən yeni tarixinin bütöv bir qəribəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərindən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır. O, Azərbaycan xalqının həqiqi lideri və xilaskarı kimi şərəfli missiyanı böyük və şərəflə yerinə yetirmişdir. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ilini hər birimiz böyük həyəcan və sevinclə qarşılamağa hazırlaşırıq. 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev ili” elan  olunması qərarı bu dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq.

Ümummilli lider bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş, respublikamızın malik olduğu bütün imkanlardan onun inkişafı üçün istifadə etmişdir. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndər, Ümummilli liderimiz Heydər Əliyev bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi diqqət yetirirdi. Heydər Əliyev Azərbaycan gəncliyinin uğurlu sabahına inanırdı. Ulu öndərin gəncliyə göstərdiyi qayğının bir təzahürü kimi 1997-ci il 2 fevral tarixində imzaladığı fərmana əsasən həmin tarix “Azərbaycan gəncləri günü” elan edilmişdir. Həmin ildən bəri hər il fevralın 2-si respublikanın gəncləri bu günü qeyd edirlər.

Gəncliyə göstərilən dövlət qayğısı, onlarla bağlı qəbul edilən qərarlar gənc nəslin xoşbəxt gələcəyinə hesablanan addımlar idi. Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənənələrimizin, milliliyimizin inkişafı məsələsini də diqqətdə saxlayırdı.

Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm verən ümummilli lider Ana dilimizin-Azərbaycan dilinin adını özümüzə qaytarmışdır. 21 fevral bütün dünyada Beynəlxalq ana dili günü kimi qeyd olunur. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması məhz ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətin nəticəsi idi. Heydər Əliyev Azərbaycan dilinə həmişə layiqincə diqqət yetirmişdir. 26 fevral Xocalı faciəsi özünün hüquqi-siyasi qiymətini yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra aldı. Xocalı soyqırımına ilk dəfə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkə Parlamenti tərəfindən siyasi-hüquqi qiymət verilib. 26 fevral tarixi Xocalı soyqrımı Günü elan olunub. Heydər Əliyev bütün sahələrdə olduğu kimi iqtisadiyyat sahəsində də mütərəqqi və davamlı islahatlar həyata keçirirdi.

Ümummilli lider Heydər Əliyev ədliyyə sahəsinə diqqət və  qayğı ilə yanaşırdı. Bu gün müasir iqtisadiyyatın inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan vətəndaşı olaraq hər birimiz Heydər Əliyev ideyalarını bundan sonra da uğurla həyata keçirəcəyik. Müasir Azərbaycanın memarı və qurucusu olan dahi Heydər Əliyevin adı  qəlbimizdə əbədi qalacaqdır. Ümummilli liderin həyat yolu bizim üçün bir örnəkdir. Bir vətəndaş kimi ulu öndər Heydər Əliyevin xatirəsini əziz tutur, bu dahi şəxsiyyətin adını və əməllərini daim qəlbimizdə yaşadırıq. Azərbaycanlı olaraq hər birimiz böyük dahi şəxsiyyətin əziz və unudulmaz  xatirəsini hər zaman dərin ehtiramla anacayıq. Ulu öndərin yüksək ideyaları zamanın sınaqlarından uğurla çıxaraq dövlətimizin inkişaf yolunu daima işıqlandıracaq. Heydər Əliyevin əməlləri, müqəddəs ideyaları və arzuları hər birimizin qəlbində əbədi yaşayacaq, yaşadılacaq.

Abdullayev Əbdülhüseyn Məmməd oğlu

EMMA şirkətinin rəhbəri