TİKİNTİDƏ TƏHLÜKƏSİZLİK QAYDALARINA RİAYƏT OLUNMUR – HƏR AN BƏDBƏXT HADİSƏ BAŞ VERƏ BİLƏR!
Hər il Azərbaycanda iş yerlərində, istehsalatda baş verən qəzalarda onlarla insan həyatını itirir və ya müəyyən bədən xəsarətləri alaraq əlil olur.
Daha çox qəza tikinti sahəsində baş verir: “Tikintidə baş verən qəzaların əsas səbəbləri təhlükəsizlik qaydalarına riayət olunmamasıdır. Həmin tikinti şirkətlərdən biri də Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığında inşa olunan yüksək mərtəbəli tikintidə müşahidə olunur. Tikintidə işçilər nəinki stadartlara cavab verən fəhlə geyimini geyinmişlər, hətta baş geyimi, təhlükəsizlik kəmərindən istifadə olunmur və qorunma təhlükəsizlik qaydalarına riayət olunmur. Tikintinin rəhbəri Rafiq bəylə əlaqə saxlayıb bu barədə sorğu almaq istəsək də lakin, cəhdlərimiz boşa çıxdı. Bir məqamda gözümüzdən yayınmadı baxmayaraq tikinti ətrafı hasarlanmışdır, lakin təhlükəsizlik o qədər də qorunmur. Həmən yerdən vətəndaşlar, məktəblilər və yaşlı insanlar hərəkət edir, hər an bədbəxt hadisə baş verə bilər. Vaxtı ilə tikintinin ərazisində olan yaşıllıq məhv olunmuşdur və yeganə qalan ağac da günü-gündən saralamağa və qurmağa başlayır. Bu yerdə Ulu Öndərimizn kəlamı xatırlatmaq istəyirəm: “Hər kimsə bir ağacın budağını kəsmiş olursa, elə bilsin ki, sanki qolumu kəsmiş olur”. Bu məqamlarla bağlı rəhbərliyi maraqlandıq ki, bu barədə məlumat alaq, lakin bizə rəhbərin kim olduğu haqqında heç kim məlumat vermədi. Araşdırmalarımız davam edir. Bir az sonra video sujetlərlə və faktlarla sizləri tanış edəcəyik.
Tikinti barəsində daha şok faktlarla sizi məlumatlandıracağıq.
Bizi izləyin.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
beynelxalqinformasiyaagentliyi.az