QHT rəhbəri və idarə heyəti Ümid yeri uşaq sığınacağında yaşayan uşaqlara bayram hədiyyələri təqdim edib
“Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyin sədri Yasəmən Qəyyumlu və idarə heyəti bayram öncəsi “Ümid yeri uşaq sığınacağı”nda yaşayan uşaqları ziyarət ediblər.
Məqsəd sığınacaqda yaşayan valideyn himayəsindən məhrum olan uşaqlara mənəvi dəstək olmaq və bayram sevincini onlarla birlikdə yaşamaq idi.
“Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyin təşəbbüsü və təşkilatçılığı ilə təşkil olunan tədbirdə çıxış edən Ümid yeri uşaq sığınacağı evinin rəhbəri Nigar xanım, Birlik sədri Yasəmən Qəyyumlu, Birliyin idarə heyətinin üzvləri Kifayət Cəfərova , Püstə Hüseynova və Günay Beybutova çıxış edərək, uşaqları 31 Dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara xoşbəxt gələcək arzulayıblar.
Uşaqlara şəhid ailələri adından müxtəlif cür geyimlər, Birlik adından bayram hədiyyələri təqdim olunub.
Fərid Səfərov
Birliyin mətbuat katibi