AD GÜNÜNÜZ MÜBARƏK CƏNAB PREZİDENT!

408

AD GÜNÜNÜZ MÜBARƏK CƏNAB PREZİDENT!

Bu gün hər bir vətəndaşımız qürur və fəxarət hissləri ilə yaşayır. 30 ildən artıq  erməni işğalına və təcavüzünə  məruz qalmış, mənfur  düşmənin tapdağı altında inləyən cənnət Qarabağımız  dövlətimizin  başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin məqsədyönlü siyasəti və cəsarətli komandanlığı, yenilməz və mətin Ordumuzun qəhrəman, vətənpərvər, qeyrətli əsgər və zabitlərinin şücaəti sayəsində işğaldan azad olundu!

30 illik ədalətsizliyə 44 gün ərzində tutarlı cavab verildi və son qoyuldu! Yaşa qəhrəman xalqım! Var ol, doğma yurdum, candan əziz  vətənim! Zəfərin mübarək Azərbaycanım! Sən sınmadın, əyilmədin, çünki bilirdin, əmin idin ki, övladların səni darda  qoymayacaq! Suyunla, havanla, çörəyinlə böyüyən igidlərin yolunda canlarından, qanlarından belə keçəcəklər.

Azərbaycan xalqı səbirli, dözümlü olduğu qədər də mətindir, iradəlidir. Dövlət başçımız da, xalqımız da bu münaqişənin dinc yolla həlli üçün kifayət qədər təmkin nümayiş etdirsə də, düşmən tərəf bunu layiqincə dəyərləndirə bilmədi və təcavüzkar siyasətindən,  təxribatlarından  əl çəkmədi. Belə olan halda isə, hərb yolu qaçılmaz oldu. Ali Baş Komandanımız cənab İlham Əliyevin  əmrini gözləyən Müzəffər Ordumuz düşmən üzərinə şərəf və ləyaqətlə getdi, döyüş meydanına aslan kimi atıldı. 44 gün davam edən vətən müharibəsinin hər günü tariximizə şanlı səhifələr yazdı. Yüksək amallarla döyüşən əsgər və zabitlərimiz  hər gün yeni şəhərləri, kəndləri, qəsəbələri  düşmənlərdən  azad  etdi, yüksəkliklərdə  misli  görünməyən  rəşadət  göstərirdilər. Tarixi ədalətin bərqərar olması üçün inamla  irəlilədi. Düşmən ordusunda on min fərari olduğu halda, hörmətli dövlət başçımızın  fəxrlə vurğuladığı kimi, Azərbaycan Ordusunda bir nəfər  də olsun fərari olmadı. Əksinə, ağır yaralanaraq, hospitallara yerləşdirilən əsgərlərimiz  müalicələrini sona çatdırmadan yenidən  döyüşlərə qatıldılar. Düşmən tərəfin hərbi texnikasını, silah-sursat anbarlarını, raket və hərbi qurğularını  məhv etdilər, döyüş meydanında əfsanəvi qəhrəmanlıqlar göstərdilər.

Həmin günlərdə xalq  dövlətimizin, Prezidentimizin ətrafında bir yumruq  kimi birləşmişdi! Dəmir yumruq kimi! Biz  yenilməz  millət  olaraq,  gücümüzü, birliyimizi bütün dünyaya bəyan etdik və bu birlik   öz  nəticəsini verdi.  Biz  müdrik və qətiyyətli dövlət Başçımıza birmənalı güvənirik! Çünki Vətəni, xalqı üçün çalışan, ürəyi torpaq sevgisi ilə döyünən cənab Prezidentimizin nümunəvi fəaliyyəti, sadəliyi və səmimiliyi danılmazdır; onun müdrikliyi, cəsarəti və Vətən sevgisi hər birimiz üçün örnəkdir!

Ulu Öndərin layiqli davamçısı, Azərbaycan tarixini zəfərlə yazan, Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyev! 61 yaşınız tamam olmaq münasibətilə səmimi qəlbdən təbrik edirəm!   Şərəfli və məsuliyyətli işinizdə sizə uğurlar və müvəffəqiyyətlər arzu edirəm.

Dr. Musa Abbasov

Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru