Prezident İlham Əliyev – Azərbaycan xalqının arzularını reallaşdıran lider
Azərbaycan bugünkü inkişafı ilə, siyasi, iqtisadi, hərbi, mədəni və s. istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilir, öncül siyahılarda yer alır. Bu nəticənin əldə olunmasında ölkəyə rəhbərlik edən dahi siyasətçinin, Ümummilli Lider Heydər Əliyev yolunun layiqli davamçısı olan Prezident İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, uzaqgörən xarici və daxili siyasəti dayanır. Azərbaycan adlı gəminin kapitanı olan İlham Əliyev bu gəmini nəhəng dalğalardan, sualtı qayalardan ustalıqla keçirərək daim irəli aparır. Bir neçə ildir sosial, siyasi, iqtisadi, hərbi və s. sahələrdə radikal islahatlar vasitəsilə çox böyük dəyişikliklər həyata keçirən Prezident İlham Əliyev ölkəmizi beynəlxalq reytinq cədvəllərində ön cərgələrə qaldırıb. Həyata keçirdiyi islahatlar cəmiyyətdə çox ciddi nəticələr doğurduğu üçün xalqın dəstəyini birmənalı şəkildə əldə edə bilib. Xalqına söykənərək, ona güvənərək ən çətin və həlli müşkül görünən problemləri qətiyyətlə, səbrlə, müdrik qərarları ilə birdəfəlik həll edir. Müasir Azərbaycanın gündəmi və durumu stabil, sabit, yeni-yeni nailiyyətlər əldə edən, sürətli inkişafı ilə bölgənin liderinə çevrilən bir ölkə olmasıdır. Heydər Əliyev məktəbinin layiqli məzunu və davamçısı olan Prezident İlham Əliyev bütün təzyiqlərə, çətinliklərə, problemlərə qəətiyyətlə sinə gələrək dövlət idarəetməsinin ən uğurlu modellərini tətbiq etməkdədir. Nəticədə Azərbaycan borc alan ölkədən borc verən ölkəyə, qonşulardan dəstək uman dövlətdən köməyə ehtiyacı olanlara yardım edən dövlətə çevrilib.
Prezident İlham Əliyevin özünün də dediyi kimi, o, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. 30 ilə yaxındır ki, “Qordi düyünü”nə çevrilmiş Qarabağ problemini dahi siyasətçi İlham Əliyev müdrik və uzaqgörən siyasəti ilə uğurla apardığı Vətən müharibəsilə 44 günə həll etdi. Xalqımızın ən ağrılı və ən böyük problemi olan Qarabağ münaqişəsi Azərbaycan ordusunun gücü ilə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xeyrinə başa çatdı. Siyasi, tarixi, ideoloji, elmi, ictimai fəaliyyətlə məşğul olan hər kəsə yaxşı məlumdur ki, dünyadakı silahlı münaqişələrin həlli prosesinin 50 il, hətta 100 il belə uzanma ehtimalı var. Uzun-uzadı nümunələr gətirmədən yaxın və uzaq qonşularımızı – Gürcüstanı, Moldovanı, Əfqanıstanı, Fələstini və s. göstərə bilərik. Nəzərə alsaq ki, Qarabağ problemi böyük dövlətlərin, qlobal güclərin geosiyasi maraqlarının toqquşduğu bir məsələyə çevrilmişdi, o zaman onun həllinin nə qədər çətin olduğunu təsəvvür edə bilərik. Məhz geosiyasi prosesləri dəqiqliklə təhlil edən Prezident İlham Əliyevin müdrik qərarlarının nəticəsində Azərbaycan ordusu 44 günə 30 illik problemi həll etdi. “Dəmir yumruq”la düşməni əzib məhv edən Ali Baş Komandan İlham Əliyev yeni reallıqlar yaratdı. Bu reallıq isə vaxtilə başqalarının diqtəsi ilə hərəkət edən Azərbaycanın düşmənə diqtə edən, digərləri ilə bərabərhüquqlu münasibətlər quran bir ölkəyə çevrilməsi idi. Bu reallıq erməni kilsəsinin, erməni diasporunun, radikal ermənilərin 100 illik planlarının, erməniçilik idealogiyasının darmadağın edilməsi idi. Bu reallıq Azərbaycanın savaşaraq öz torpaqlarını azad etməsi idi. Bu reallıq Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinin, Azərbaycan xalqının arzusunun gerçəkləşməsi idi. Bu reallığı yaradan dahi lider, görkəmli dövlət xadimi Prezident İlham Əliyev tarixdə öz adını və izini qoydu.
“Premium klinikası”nın Direktoru
KLİNİKA HAQQINDA
“Premium Clinic” – adına uyğun səviyyədə xidmət
“Premium Clinic” məhdud məsuliyyıətli cəmiyyəti 24 aprel 2013-ci ildə təsis olunub. Klinikaya tibbi fəaliyyətlərlə məşğul olmaq üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən xüsusi icazə -Lisenziya N 084718 3 aprel 2015-ci ildə ( qeydiyyat 1389) verilmişdir.
Mərkəzləşmiş klinika müasir elmi texniki tərəqqinin inkişafına və tələblərinə cavab verən Almaniya, İtaliya, Türkiyə dövlətlərində istehsal olunan müasir tibbi təyinatlı avadanlıqlarla təchiz olunmuşdur. Müəssisə Bakı Şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 25B yerləşən müasir standartların tələbinə cavab verən 6 mərtəbəli binada fəaliyyət göstərir. Klinikamızın həyətində fərdi avtomobil dayanacaqları üçün yer, xəstələrin və onların yaxınlarına xidmət göstərmək üçün yeməkxana fəaliyyət göstərir.Təcrübəli həkim komandamizın sayəsində hər zaman xalqımızın keşiyindəyik. Müasir tələblərə cavab verən 6 mərtəbəli binada mərkəzi sərinlətmə, istilik sistemi, tibbi qaz sistemi və ventilyasiya sistemi beynəlxalq tələblər səviyyəsində qurulmuşdur. Bina “tibbi xəstəxana lifti” və yük lifti ilə də təchiz olunmuşdur. Yeni binada əhaliyə göstərilən geniş spektrli ambulator xidmətlə yanaşı, son texnologiyalar ilə təchiz olunmuş 3 əməliyyat blokları, sterilizasiya bloku və müasir tələblərə cavab verən Reanimasiya şöbəsi qurulmuşdur. Stasionar şöbədə 24 cərrahi çarpayı yerləşdirilmişdir. Palatalar müasir tibbi təlabatlara və standartlara uyğun təşkil edilməklə yanaşı yüksək səviyyəli interyerə malikdirlər. Ambulatoriya kabinetlərin sayı 40-a çatdırılmışdır. Klinikamız fasiləsiz isti və soyuq su, fasiləsiz elektrik enerjisi təminatı, avtonom rejimdə çalışan istilik sistemi ilə təmin olunub. Klinika ambulator və stasionar xidmət göstərir. Burada poliklinika və stasionar şöbələri əhaliyə yüksək səviyyəli müxtəlif sahələr üzrə tibbi xidmət həyata keçirir.Klinikamız müasir təbabətin klinik standartlarına tam uyğundur. Premium klinika Avropada, Amerikada aparıcı şirkətlərin müasir diaqnostika və müalicə avadanlıqları ilə təchiz olunub. Ambulator şöbədə müxtəlf saylı yüksək ixtisaslı mütəxəssislər-kardioloqlar, endokrinoloq, terapevtlər, nevropatoloq, androloq, dəri-zöhrəvi, uroloqlar, pediatrlar, cərrahlar, travmatoloq, fizioterapevt, stomatoloq, otolarinqpoloq, və s. fəaliyyət göstərirlər. Həkimlərimiz öz işlərinin peşəkar mütəxəssisləridir . Həkim komandamız Rusiya, Almaniya, Turkiyə və ABŞ-da təcrübələnmiş həkimlərdir. Klinikamızın əsas məqsədi Premium adina layiq tibbi xidmət göstərmək və beynalxalq standartlardan geri qalmamaqdır. Əməliyyat bloqları ən müasir səviyyədə təchiz edilmişdir. Əməliyyat stolları çox funksiyalı olmaqla, əməliyyat boyu xəstənin rahatlığını tam təmin etməyinə imkan yaradır. Burada ən müasir anesteziya avadanlıqları və cərrahi cihazlar və avadanlıqlar, o cümlədən endoskopik dayanacaqlar quraşdırılmışdır. Bütün bu sadalanlar cərrahi əməliyyatların qisa müddətə az travmatik və fəsadsız həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Premium Clinic aparılan cərrahi əməliyyatlar geniş profilli olub həm klassik metodların tətbiqi həm də Laporoskopik cərrahiyə üsullarla həyata keçirilir. Ümumiyyətlə cərrahiyyə əsasən aşağıdakı istiqamətlərdə inkişaf etdirilmişdir
- Qarın boşluğu əməliyyatları
- Endokrin vəzi xəstəlikləri (qalxanabənzər və qalxanabənzər ətraf vəziləri, böyrəküstü vəzi)
- Hepatopankreatobiliar xəstəliklər (qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi xəstəlikləri)
- Qastrointestinal sistem xəstəlikləri (mədə, nazik və yoğun bağırsaq əməliyyatları)
- Proktoloji xəstəliklər (hemoroy, anal fistula, anal çat və s.)
- Yırtıq cərrahiyyəsi ( qasıq yırtığı, göbək yırtığı, qida borusunun yırtıqları, diaqfraqma)
- Uroloji əməliyyatlar (böyrək, sidik axarları, sidik kisəsi, prostat vəzi)
- Damar-sinir əməliyyatları
- Ortopedik və onurğa əməliyyatları
- Estetik, plastik və rekonstruktiv əməliyyatlar
- Otolarinqpoloji əməliyyatlar (burun çəpəri, burunda və boğazda artıq ət və.s)