ŞƏFALI ƏLLƏR SAHİBİ

390

ŞƏFALI ƏLLƏR SAHİBİ

Müdriklərdən bizə ərmağan qalan el məsəlində deyilir ki, Tanrı insana yaşlanmaq deyil, yaş almaq nəsib etsin. Ömrünü səhiyyəyə sərf edən adam isə daimi yaşarılıq qazanır. Çünki əməli kamalı ilə dəyərləndirilən alim camala yox, kamala xidmət edir. Belə şərəfli həyat yolu keçənlərdən biri də Aydın Məmmədovdur.

Həkim Aydın Məmmədov Sabirabad rayonu Qəzli kənd həkim məntəqəsində çalışaraq insanların sağlamlığının keşiyində daima durur, onların qayğısını çəkir. Ona üz tutan xəstələri ümidsiz qaytarmır, hətta xəstələrinin maddi imkanlarını nəzərə alıb onlara özünün şəxsi imkanları daxilində dərman pereparatları ilə də təmin edir. Aydın həkim şərəfli peşə sahibi olmaqla yanaşı özünün vətəndaşlıq borcunu yüksək səviyyədə yerinə yetirir. Həmişə dövlət və dövlətçiliyi qoruyaraq ölkə başçısının apardığı daxili-xarici siyasətini dəstəkləyir.

Həyatının mənasını “Sabahlar insanlara bu günün hədiyyəsidir” hikməti ilə dəyərləndirən Aydın Məmmədov üçün hər gün yazılan insan ömrünün səhifəsidir. Buna görə də gələcək həyatını müəyyənləşdirərkən də qismətin asan yolunu seçməyib. Babalarından eşitdiyi “Sağlamlığa bərabər dost, xəstəliyə bərabər düşmən yoxdur” hikmətinə inanaraq həyatın ən şirin neməti olan sağlamlıq keşikçisi olmağa, insanlara yamaşaq sevinci bəxş etməyə üstünlük verir. Bu seçimində yanılmayan Aydın Məmmədov həyata qaytardığı xəstələrinin sevincinə şərik olduğu günləri ömrünün xoşbəxt anları sayır.

Bu günədək həkim kimi fəaliyyət göstərən Aydın həkim ikiqat məsuliyyətlə çalışaraq ona göstərilən etimadı doğrultmaq naminə səhiyyənin ən son nailiyyətlərinin tətbiqini, öz üzərində çalışmağı da unutmur. “Bütün sağlam adamlar həyatı sevərlər” söyləyən Aydın həkim yaxşı biliir ki, xəstələrin qəlbini sevindirməyin, darda qalanların ehtiyacını ödəməyin ən yaxşı mükafatı həmin şəxsin sevincini birlikdə yaşamaqdır. Elə bu məqsəd naminə xəstələrinə xidmət göstərib: “İki şeyin qiyməti itirəndən sonra bilinir: cavanlığın və sağlamlığın” hikmətini dəfələrə sınaqdan çıxaran Aydın həkim bildirir ki, insanı həyata bağlayan da elə cavanlıq və hansı yaşda olmasından asılı olmayaraq ən qiymətli nemət sağlamlıqdır.

Aydın həkimin ən çox fərəhləndiyi anlar isə dünyada qüdrətli dövlətlərlə eyni sırada addımlayan Azərbaycanın qazandığı siyasi, iqtisadi, diplomatik uğurların sevincini yaşadığı zamanlar olub. Ulu Öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri  peşəsinin vurğunu,  xalqını sevən, dövlətinin mənafeyini hər şeydən üstün tutan, sıravi vətəndaş Aydın Məmmədov həyat amalı olub.” “Yalnız elm, ağıl, iradə, vicdan insanı ucaldır” söyləyən el ağsaqqalına, Aydın həkimə bundan sonra da uğurlar , cansağlığı arzulayırıq. Ona “iki əlli” qədər”, əsrə bərabər yaşam sevinci diləyirik.