Famil Bağıyev: Respublikada tikinti-quruculuq işləri uğurla davam etdirilir
Heydər Əliyev xalqımızın Ümumilli lideri, Müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əlirza oğlu Əliyevin siyasi irsini, həyat və fəaliyyətini öyrənmək, araşdırmaq, gələcək nəsillərə aşılamaq, onun memarı olduğu dövlətçilik ənənələrini yaşatmaq, inkişaf etdirmək və cəmiyyətimizin bütün sahələrində tətbiq olunmasına dəstək verməkdir.
Azərbaycanda tikinti-quruculuq işləri əsası Ulu Öndər tərəfindən qoyularaq, davamı Onun siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən uğurlar davam etdirilir. Azərbaycan hal-hazırda tikinti sahəsində dünya miqyasında öz sözünü demiş və paytaxtımızda zövqlə memarlıq üslubunda inşa olunmuş binalar insan gözünü oxşayır.
İnşaat sektorunun inkişafı, bütövlükdə, ölkənin sosial-iqtisadi tərəqqisinə təkan verən mühüm amillərdən biri hesab edilir. Məhz buna görədir ki, ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi illərdə tikinti-quruculuq işlərinə xüsusi diqqət göstərmişdir. Ötən əsrin 70-ci illərində respublikamızda tikinti sektorunun inkişafı xeyli sürətlənmiş, şəhər və rayonlarda nəhəng istehsal müəssisələri, yüzlərlə yaşayış binası, səhiyyə, mədəniyyət, təhsil obyektləri tikilib istifadəyə verilmişdi. Ümummilli liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə isə tikinti-quruculuq işlərinin həcmi daha da genişlənmiş, inşaat sektorunda fəaliyyət göstərən dövlət təşkilatlarına və özəl şirkətlərə maliyyə dəstəyi artırılmış, uzun illər bu sahədə çalışmış, peşəkarlıq qazanmış inşaatçıları öz ətrafında birləşdirən tikinti təşkilatları mütəşəkkil qurucu qüvvəyə çevrilmişdir. Dahi şəxsiyyətin zəngin dövlətçilik təcrübəsi sayəsində ölkəmizdə milli memarlıq üslubu saxlanılmaqla genişmiqyaslı quruculuq proqramı həyata keçirilmişdir.
Ulu öndərin siyasi xəttinin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda Azərbaycanda böyük tikinti-quruculuq işləri aparılır. Son illər qəbul edilən Dövlət proqramlarının uğurlu icrası iqtisadiyyatın kompleks inkişafına səbəb olmuş, tikinti işlərinin əhatə dairəsi xeyli genişlənmişdir. Bu da, nəticə etibarilə, yeni iş yerlərinin açılmasına, məşğulluq probleminin aradan qaldırılmasına və əhalinin rifahının yaxşılaşdırılmasına səbəb olmuşdur.
Bu gün respublikada yenidənqurma, quruculuq işləri uğurla davam etdirilir, şəhər və rayonlarımızda müasir binalar ucaldılır, tarixi abidələr bərpa olunur. Qabaqcıl dünya təcrübəsini və inşaat texnologiyalarını mənimsəyən tikinti sektoru respublikaya sürətli quruculuq, səmərəli podratçılıq, yüksək keyfiyyət və müasir dizayn gətirmişdir. Kifayət qədər təcrübə sahibi olan respublika inşaatçıları öhdələrinə götürdükləri işi qısa müddətdə və yüksək keyfiyyətlə başa çatdırır, verilən tapşırıqları vaxtında yerinə yetirirlər. Tikinti-quruculuq işləri aparılarkən müasirliklə milliliyin vəhdəti əsas götürülür, Memarlıq məktəbinin ənənələri yaşadılır. Bütün bunların nəticəsidir ki, paytaxtda, rayon mərkəzlərində və kəndlərdə aparılan geniş tikinti-quruculuq, abadlaşdırma işləri, yolların və körpülərin tikintisi yaşayış məntəqələrinin simasını tamamilə dəyişmişdir.
Ölkə Prezidenti, qalib sərkərdəmiz İlham Əliyev cənablarının göstəriş və tapşırıqları nəticəsində bu gün əsarətdən qurtulmuş Qarabağ torpaqlarında tikinti-quruculuq işləri sürətlə davam edir.
Doğma Azərbaycanımız günü-gündən abadlaşır və gözəlləşir.
Yaşasın Azərbaycan!
Famil Bağıyev
“Orbita” MTK-nın rəhbəri