Xocalı faciəsinin ağır dərdlərini unutmuruq

429

Xocalı faciəsinin ağır dərdlərini unutmuruq

1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən böyül faciəsi-Xocalı qırğını baş verdi. Yüzlərlə insan al qanına qəltan edilib qətlə yetirildi. Düşmən kini, küdurəti içinə yığıb kimsəyə aman vermədi. Kafir erməni həmin o dəhşətli gecədə ağbirçək anaya da güllə atdı, ağsaqqal qocaya da, südəmər körpəyə də. Düşmən amansız idi və xislətindəki bütün insani hissləri kənara qoyub quduz canavara dönmüşdü. O, türk qanına həris idi və bu qandan içdikcə hiddətlənir, insafın, mərhəmətin nə olduğunu bilmirdi. Onun qanında yalnız bir istək alovlanırdı: türk qanı içmək! İnsanlıq adına yazılmayan bütün vəhşilikləri köməksiz insanların taleyinə qanlı güllələrlə həkk edirdilər. Həmin o Xocalı qırğınında ermənilərin vəhşiliyi, etdikləri hərəkətlər yalnz kafirə məxsusdur.  Bu zülmü, işgəncəni yalnız kafir edə bilər.   Xocalı soyqırımı insanlıq tarixinə yazılmış ən dəhşətli hadisələrdən biridir. Xocalı faciəsi öz amansızlığına və qəddarlığına görə, bəşəriyyətə və insanlığa qarşı törədilən cinayətdir.

26 fevral Xocalı faciəsinin 30-cu il dönümüdür. Amma biz bu il Xocalı soyqırımının ildönümünü xüsusi bir tarixi şəraitdə qeyd edirik. 30 ildən sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi.  Qısa zaman kəsiyində düşmənin darmadağın edilməsi ilə Xocalı qurbanlarının, həmçinin birinci Qarabağ müharibəsində həyatlarını itirən insanların hamısının qisası alınmış oldu. Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1994-cü ildən başlayaraq hər il ölkəmizdə 26 fevral – “Xocalı soyqırımı günü” qeyd olunur və Xocalı qurbanlarının xatirəsi yad olunur. Bu gün Ulu öndər Heydər Əliyevin ideyalarını uğurla gerçəyə çevirən Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin, həmçinin Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində də böyük qətiyyət nümayiş etdirir. Xocalı faciəsinə gedən yolun başlanğıcı  Dağlıq Qarabağ münaqişəsinin daha aydın şəkildə meydana çıxdığı dövrə təsadüf edir.

Möhtəşəm zəfər ilə, qələbə ilə işğaldan azad olunmuş torpaqlarımız bu gün öz sakinlərini, camaatını qoynuna səsləyir.

Ruhunuz şad olsun, rahat olun, haqqınız yerdə qalmadı “Xocalı Şəhidləri”.

Allah rəhmət eləsin! Sizin xatirəniz hər birimizin qəlbində əbədi qalacaq.

Elşən Abdullayev

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi