“Hacı Turqay” halal ət məhsulları ilə keyfiyyətin tək ünvanı

386

“Hacı Turqay” halal ət məhsulları ilə keyfiyyətin tək ünvanı

İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.Azərbaycanımızın müstəqillik qazandığı illər ərzində sözün həqiqi mənasında mükəmməl bizneslər qurmuş sahibkarlar – biznesmenlər olub və bu insanlar barədə danışmaq çox vacibdir.Belə ki, insanların artan tələbatlarını ödəyə bilmək, mövcud resurslardan səmərəli istifadə etməklə əhalinin yaşayış səviyyəsini yüksəltmək müasir dövr iqtisadiyyatının əsas prioritetlərindəndir.Sahibkar cəmiyyətin lokomotivi, iqtisadi rifahın əsas səbəbkarıdır və mən əminəm ki, indi adını çəkəcəyim şəxs ölkəmizdə biznes üçün bir məktəb, gənc sahibkarlar üçün isə bir kumir rolunda olmalıdırlar.
Doğrudan da, insan çalışdığı sahənin mahiyyətini dərindən anladıqda və məsləkinə sadiq qaldıqda harada işləməsindən asılı olmayaraq əldə etdiyi nəticələr uğur ünvanlı olur. “Hacı Turqay” həyat yoluna nəzər saldıqda fikrimizdə nə qədər doğru olduğumuzu bir daha anladıq. İstənilən bir məqsədə çatmaq üçün kifayət qədər iradə sahibi olmaq lazımdır. İradə elə bir keyfiyyətdir ki, o istedaddan da güclüdür. İstedad insana təbii şəkildə verilən qabiliyyətdirsə, iradə xırda maraqlar, mənasız istəklər üzərində qələbədir. məhz öz iradəsi sayəsində öz yolunu tapdı, iradəsi sayəsində öz işlərini hər zaman tərifəlayiq gördü. Adətən rəhbər vəzifələrdə işləyənlərlə bağlı “Yaxşı adam” ifadəsi çox az işlədilir. Bəs niyə ona yaxşı adam deyirlər? Harada, hansı vəzifədə işləyibsə onu bu adla çağırıblar. Başqa bir adla çağırmaq olmazdımı? Əlbəttə olardı. Ancaq xalq seçim edəndə yanılmır.

“Hacı Turqay” illərdir ki, Azərbaycanda ət məhsullarının emalı üzrə ixtisaslaşmış müəssisə kimi fəaliyyətə başlamışdır.

Sahibkar təkcə öz mənfəəti üçün deyil, həm də biznesi ilə digər insanlar üçün faydalı ola bilirsə, bu zaman o, işində uğur qazanacaqdır. Ona görə də “Hacı Yirqay” hər bir işində hər zaman uğur qazanıb.

Şirkət haqqında

“M&T;” MMC 1993-cü ildə istehsal gücü 200-300 kq olan və cəmi 10 adda kolbasa məhsulları istehsal edən müəssisə kimi fəaliyyətə başlamışdır. Həmin vaxt müəssisənin istehsalat sahəsi 146 kv metr olmuşdur..

Hal-hazırda müasir tələblərə cavab verən istehsalat kompleksinin tikintisi başa çatdırılmış, əvvəlki istehsalat sexinin yerində sutka ərzində 10 ton kolbasa və delikates ət məmulatları istehsal etməyə qadir, ən müasir avadanlıqlarla təchiz edilmiş və istehsal sahəsi 1440 kv metr olan yeni bir müəssisə inşa edilmişdir.

Bu gün yerli bazarda müvafiq qida sektorunda ”M&T;” MMC firması özünəməxsus yer tutur. Hal-hazırda müəssisə ənənəvi və müəssisənin texnoloqları tərəfindən hazırlanmış resepturalar əsasında bişmiş, bişirilmiş hisə verilmiş, yarım hisə verilmiş, çiy hisə verilmiş 100-dən artıq çeşiddə yüksək keyfiyyətli kolbasa və müxtəlif növ delikates ət məmulatları, sosiska və sardelkalar istehsal edir.

Məhsulların yüksək keyfiyyəti xammal və materialların ciddi seçimi, səriştəlı işçi heyəti, müasir avadanlıq və mütərəqqi texnologiyaların istehsala tətbiqi sayəsində əldə edilir.Firma tərəfindən yüksək texnoloji standartlar əsasında istehsal edilmiş kolbasa məhsulları və delikateslər Bakıda və Azərbaycanın bölgələrində “Sevimli Dad” firma mağazalar şəbəkəsi və iri marketlər vasitəsilə realizə edilir.

İdarəetmənin keyfiyyətini və ərzaq istehsalının təhlükəsizliyini tam dolğunluğu ilə təmin etmək və beynəlxalq bazara çıxmaq məqsədilə müəssidə 2007-ci ildə İSO 9001:2000 və HACCP beynəlxalq standartları ilə sertifikasiya olunmuş Menecment Sistemi işlənib hazırlanmış və tətbiq olunmuşdur. Hazırda firma İSO-22000 – Ərzaq təhlükəsizliyi standartının tətbiqinə başlamış və bu istiqamətdə artıq bir sıra işləri yekunlaşdırmışdır.

Kolbasa və delikates ət məmulatlarının istehsalı ilə məşğul olan aparıcı müəssisə kimi ərzaq istehsalı sahəsində Keyfiyyət və Ərzaq təhlükəsizliyi məsələlərinə ciddi və məsuliyyətlə yanaşmalı olduğumuzu dərk edir və bu istiqamətdə lazım olan bütün addımları atırıq. İstehsal etdiyimiz məhsulların müştərilərimizin tələblərinə tam cavab verməsi və eyni zamanda yüksək keyfiyyətli və təhlükəsiz olması bizim üçün ən mühüm məsələlərdəndir. Keyfiyyətin və ərzaq təhlükəsizliyinin təminatı bütövlükdə müəssisəmizin və ayrı-ayrılıqda hər bir işçimizin ən əsas vəzifəsidir.

İstehsal

Keyfiyyətə nəzarət – İqtisadiyyatın sürətlə inkişaf etdiyi bir dövrdə, istehlakçıların zövqləri və tələbləri durmadan artır. Artıq istehlakçı nə istədiyini bilir, onun məhsulun keyfiyyətinə, qidalılıq dəyərlərinə, qablaşdırılmasına və markalanmasına olan tələbatı dünənki günə nisbətən bu gün daha çoxdur.Bu gün qürur hissi ilə deyə bilərik ki, uşaqdan tutmuş böyüyə minlərlə insanı geniş çeşiddə yüksək keyfiyyətli, həqiqətən sevimli dada malik qidalı kolbasa və delikates məmulatları ilə təmin edirik.

Kolbasa məmulatları xüsusilə uşaqların ən sevimli qidasıdır. Bunu nəzərə alaraq son zamanlar firmamızda tərkibi zülalların və yağların balanslaşdırılmış miqdarına və xörək duzunun minimal miqdarına görə seçilən və uşaqların sağlam böyüməsi üçün bir sıra maddələrlə (süd, yumurta və s.) zəngin olan kolbasa və sosiska məmulatları istehsal olunur.İstehsalçılar üçün bu gün ən vacib məsələlərdən biri məhsulların konservantlardan istifadə olunmadan saxlanması və onların keyfiyyətli şəkildə istehlakçılara çatdırılmasıdır.

Bu məqsədlə firmamızda vakuum qablaşdırmadan istifadə olunur. Vakuum qablaşdırmanın üstün cəhətləri ondan ibarətdir ki, o, məhsulun tərkibində mikrofloranın inkişafının qarşısını alır, məhsulun əmtəə görünüşünü saxlayır, saxlama və daşınma zamanı çəki itkisinin qarşısını alır. İstehsal olunan bütün məhsulların uyğunluq və gigiyenik sertifikatları vardır. Deməli, bizim firmamızın qida sektorunda həqiqətən də özünəməxsus yeri vardır. Biz xalqımıza xidmət etməyimizlə fəxr edirik !

Proses – Firmaya daxil olan xammal və köməkçi materiallar üç mərhələdə yoxlamadan keçir. İlk növbədə alınan zaman – yəni yalnız uyğunluq və gigiyenik sertifikatı olan xammallardan istifadə olunur. Daha sonra firmada baytar həkimi tərəfindən yoxlanılır və nəhayət texnoloji prosesin sonunda bütün məhsullar kimyəvi və bakterioloji müayinədən keçir. Analizlərin aparılması üçün firmanın müasir avadanlıqlarla təchiz edilmiş və akkreditasiya olunmuş istehsalat-sınaq laboratoriyası mövcuddur.

Bəli, məqsəd və məram təmiz olanda, çəkilən zəhmət də bəhrəsini verir… Bunu isə canlı olaraq “Hacı Turqay” şirkətinin halal məhsullarının istehsalı prosesində izlədik. Necə deyərlər, artıq şübhələrə də şübhə yeri qalmadı… Qaldı bu məhsulları ticarət şəbəkələrindən alıb yemək, keyfiyyətinə əmin olmaq.
Biz də “Beynelxalqinformasiyaagentliyi.az” olaraq “Hacı Turqay” ət və ət məhsulları şirkətinə işlərində müvəffəqiyyət, daim böyük uğurlar qazanmağı arzu edirik.

 

Şahmar Zərdabi

Təsisiçi-baş redaktor