Azərbaycanın yeni, şanlı tarixinin müəllifi

331

Azərbaycanın yeni, şanlı tarixinin müəllifi

8 Noyabr – Zəfər Günü Azərbaycanın çoxyüzillik tarixinin şanlı səhifələrindən birini təşkil edir. Vətən müharibəsi və onun qələbə ilə başa çatması müasir Azərbaycan dövlətinin həyatının ən parlaq anları kimi, tariximizin bundan sonrakı dönəmlərində daim xüsusi qürur və iftixar hissi ilə xatırlanacaq. Çünki bu, millətin ümid, inam, qürur anları idi. Bu, ölkəmizin yeni tarixinin başlanğıcı, yeni inkişaf üfüqlərinin açılması məqamıdır. Bir ölkənin Prezidenti, bir xalqın lideri olmaq böyük şərəfdir. Lakin xalqın qəhrəmanı olmaq, ona qalib xalq statusu qazandırmaq daha böyük şərəf, daha böyük bəxtəvərlikdir. İlham Əliyev özünün qeyd etdiyi kimi, xoşbəxt insandır. Xoşbəxtdir ki, həm Prezident, həm siyasi varis, həm də oğul kimi öz üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirdi. Azərbaycanın yeni, şanlı tarixinin müəllifi, xalqımızın bitib tükənmək bilməyən sevinc, qürur və bəxtiyarlığının ilham mənbəyi oldu. Bu elə bir zirvədir ki, ondan yüksəyini təsəvvür etmək mümkün deyil. Tarix həmişə dəyişir. Onun yeni-yeni səhifələri yazılır. Lakin tarixin parlaq səhifələri heç zaman unudulmur. Əslində tarix dediyimiz şey bəşəriyyətin, ayrı-ayrı xalqların həyatının ən möhtəşəm, ən yaddaqalan və ictimai inkişafın gedişinə dərindən təsir göstərən hadisələrinin xronikasıdır. Vətən müharibəsindəki zəfər də məhz belə hadisələrdəndir.

Azərbaycan ordusunun davamlı hücumları qarşısında tab gətirməyən Ermənistan silahlı birləşmələrinin tamamilə məğlub olması qaçılmaz bir məsələdir.Sentyabr ayının 27-dən başlayaraq bütün cəbhə boyu istiqamətində Ermənistan silahlı qüvvələrinin torpaqlarımızda törətdiyi təxribatlara rəşadətli Azərbaycan Ordusu layiqli cavab verir və bu, bizi qəlbən sevindirir. Müzəffər ordumuz Sialhlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Cəbrayıl və Füzuli rayonlarının bir sıra kəndlərini, strateji yüksəklikəri düşmən tapdağından azad etməklə xalqımıza böyük sevinc bəxş etdi. Azərbaycan 27 ildən sonra möhtəşəm zəfər tarixi yazmaqla bir daha sübut etdi ki, işğalla heç bir zaman barışmayacaq, Azərbaycanın şanlı bayrağı bütün işğal olunmuş torpaqlarımızda dalğalanacaqdır.

Bu gün bütün cəmiyyətimiz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşib. 

 Cənab Prezident!  Sizi doğum gününüz-60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Uca Tanrı SİZİ QORUSUN.  Yaşasın Qələbə tarixi yazan Müzəffər Ali baş komandan və Azərbaycan ordusu!

Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə və onun müəllifi Prezident İlham Əliyevin adı xalqımızın  tarixinin ən şərəfli səhifəsinə əbədi həkk olunacaqdır.

Elxan Yaqubov

Bioloji Təbabət Klinikasının təsisçisi