Bir neçə gün bundan öncə Bərdə rayonunda fəaliyyət göstərən “Çörəkbişirmə” kombinatının direktoru, doğma Azərbaycanımızın ən layiqli övladlarından biri, nüfuzlu iş adamı, hər kəsin fəxr etdiyi dəyərli insan Abbaszadə Yusif Sahib oğlunun təşəbbüsü ilə ərzaq yardımı kompaniyası keçirilib. Bu şəxsin irəli sürdüyü təşəbbüs əsasında Bərdə şəhərində, onun kəndlərində yaşayan və Vətən müharibəsində şəhid olanların ailələrinə, qazilərə ərzaq bağlamaları çatdırılıb. Qeyd edək ki, bugünə kimi Yusif müəllim öz vəsaiti hesabına hərbiçilərimizə lazım olan dəstəyini də heç bir halda əsirgəməiyib. Bu şəxs şəhid ailələrinə, qazilərə təmənnasız yardımlar göstərdiyi üçün, hər kəs Vətənimizin qeyrətli oğlu ilə qürur duyur, iftixar hissi də keçirirlər. Ərzaq yardımlarını alanlar göstərilən köməyə və diqqətə görə Yusif Abbaszadəyə dərin minnətdarlıqlarını bildirib, sonsuz etiramlarını da çatdırırlar. Əslində bu şəxsin belə bir addımları onun xalqına, Vətəninə bağlı olmasından irəli gələn addımlardır, torpaqlarımızın bütövlüyünün təmin olunması yolunda canını, qanını qurban verənlərə, qazilərə və s. göstərdiyi diqqət və qayğıdır. Odur ki, hər kəs bu cür əməl və amal sahibi olan Vətən oğulları ilə bağlı hər zaman təbliğatçısı olmalıdır ki, tam əksəriyyət atılan addımlar haqda məlumatlı olub, bəlli münasibətlərini ifadə etməyi də bacarsınlar.
Hazırladı: Fuad ƏLİYEV