Torpaqlarımızın azad olunması 103 yaşlı ədliyyəçilərinin peşə bayramına misilsiz hədiyyə, töhfədir
278
Torpaqlarımızın azad olunması 103 yaşlı ədliyyəçilərinin peşə bayramına misilsiz hədiyyə, töhfədir
Şübhəsiz, ümummilli lider Heydər Əliyevin bəxş etdiyi 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı gününü böyük qələbə sevinci ilə qeyd etdiyimiz bu günlərdə bir daha söyləməyə borcluyuq ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız bundan sonra da möhtəşəm nailiyyətlər qazanacaq, ədliyyə tariximizin şanlı səhifələri yazılacaqdır.
Bir əsrdən çox ömrü olan Azərbaycan Ədliyyəsinin əmin əllərdə dövlət var olduqca var olacağına, daha əzm və ədalətli çalışacağına inam hissi ilə bütün ədliyyə işçilərini, əziz həmkarlarımı, başda Ədliyyə nazirimiz Fikrət Məmmədov olmaqla 22 Noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə təbrik edirəm! 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramının qeyd olunduğu bu ərəfədə ölkəmizin həyatında ən şanlı və qürurlu, unudulmayan Zəfər dolu günlərin ildönümü bayram edilir. Müasir müstəqil tariximizə qızıl hərflərlə həkk olunmuş Vətən müharibəsi adlandırdığımız 44 günlük Zəfər yürüşündə xalqımızın Qələbəsi həm də çağdaş ədliyyə tariximizin ən şanlı səhifəsini təşkil edir.
Əzəli Azərbaycan torpağı olan Qarabağda-Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında, Zəngilanda, Qubadlıda, Cəbrayılda, Füzulidə və digər azadlığına qovuşan rayonlarımızda Azərbaycan ədliyyəçilərinin fəaliyyətinin çox yaxın zamanlarda bərpa olunacaq və ədalət keşikçiləri, qoruyucuları Ali Baş Komandanımızın haqq-ədaləti bərqərar etdiyi, əyilmiş mizanını nizamladığı torpaqlarımızda xidmət göstərəcəklər. O gün çox yaxındadır.
Mahir Muradov
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi