ÜRƏKLƏRDƏ ƏBƏDİ YAŞAYAN ÜMUMMİLLİ LİDER

368

ÜRƏKLƏRDƏ ƏBƏDİ YAŞAYAN ÜMUMMİLLİ LİDER

Xalqımızın əvəzsiz lideri, görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmiz böyük inkişaf yolu keçdi. Artıq Azərbaycan iqtisadi inkişaf göstəricilərinə görə dünyanın ən inkişaf etmiş ölkələri ilə müqayisə olunacaq səviyyədədir. Bəli bütün bu uğurların təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Onun böyüklüyü, dahiliyi sayəsində xalqımız azadlığa, xoşbəxtliyə qovuşdu. Belə fenomenal qabiliyyətə malik insanlar hər dəfə doğulmurlar. Tarix belə şəxsiyyətləri xalqlara yüz ildə bir dəfə bəxş edir. Ümumilli liderimiz Heydər Əliyev ensiklopedik biliyi, dəmir iradəsi, siyasi ustalığı ilə seçilən, hər bir sahəni həmin sahənin mütəxəssislərindən yaxşı bilən şəxsiyyət idi. Xalqımız haqlı olaraq onu əbədi prezident adlandırdı. Onun xalq qarşısındakı misilsiz xidmətləri insanlarda belə düşüncələr yaratmışdır. Baxmayaraq ki, Heydər Əliyev heç zaman vəzifə, var-dövlət barədə düşünməyib. Onu düşündürən yalnız xalqımızın güzəranını yaxşılaşdırmaq olub. Bütün türk dünyası onu lider kimi qəbul edir. Ulu öndərimizin dediyi, “Biz bir millət, iki dövlətik” şüarı qardaş Türkiyədə dillər əzbəri olub. Azərbaycanlılara qanbir, dilbir olan türklər Şərqin böyük şəxsiyyətlərindən danışanda heç vaxt Heydər Əliyevi Mustafa Kamal Atatürkdən ayırmayıblar. Çünki Heydər Əliyev Azərbaycan-Türkiyə münasibətlərinə xüsusi önəm verirdi. Dünyada mövcud olan bir sıra qüvvələrin təzyiqlərinə, hədələrinə baxmayaraq Bakı-Tiblisi-Ceyhan neft kəmərinin tikintisi Heydər Əliyevin xidmətlərinin və Türkiyəyə olan sonsuz məhəbbətinin nəticəsidir. Ümummilli liderimiz bütün həyatını Azərbaycan xalqına bəxş etdi. O, Azərbaycanda yaşayan digər millətlərin, etnik qrupların, dini və milli azadlıqların hamısına eyni bir şərait yaradılmasını təmin etdi. Azərbaycanlılarla onlar arasında heç bir fərq qoymadı. Ölkə vətəndaşlarının hər birini əziz tutdu. Ona görə də Azərbaycanda yaşayan bütün millətlər Heydər Əliyevi lider kimi qəbul edir. Onun 1969-cu ildən etibarən qurub yaratdıqları müstəqilliyimizin ilk illərində məhv edilirdi. Amma onlar ancaq dağıtmağı bacarırdılar, tikmək, yaratmaq, keçmişi qorumaq onlara tamamilə yad olan xüsusiyyətlərdən idi. Xalq bu vəziyyəti heç cür dəyərləndirə bilmirdi. Çox böyükk zəhmətlər bahasına əldə olunanlar, illərlə vaxt sərf edilərək tikilənlər bir andaca dağıdılırdı. Şübhəsiz ki, xalq buna dözə bilməzdi. Hələ bunlar bir yana, üstəlik Azərbaycanın müstəqilliyi də əldən gedirdi. Xalq son anda özündə güc tapıb ən düzgün qərarı qəbul etdi. Böyük dövlət xadimi Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ib ölkədə vəziyyət tamamilə müsbət istiqamətlərdə dəyişdi.

Əhaliyə Vətəndaşlıq Xidməti Trestnin rəisli Anar Tağıyev