BU DƏHŞƏTLİ OLAY DA OLDU: Vətən Müharibəsi qazisi yardım olunmadığı üçün medalını satır – “Psixoloji müalicə istəyirəm, başqa heç nə…”

182
BU DƏHŞƏTLİ OLAY DA OLDU: Vətən Müharibəsi qazisi yardım olunmadığı üçün medalını satır
Azərbaycanda Vətən Müharibəsi qazisi “Xocavəndin azad olunmasına görə” aldığı medalı satır.
Yeniavaz.com xəbər verir ki, qazi İskəndərov Səid İman oğlu bu barədə satış elanı verib.
“Bu medalları müharibədə canımı ortaya qoyub qazanmışa. İndi yardım olunmadığı üçün satıram. Kim istəsə alsın. Vətən Müharibəsi medalıdır”, – qazi qeyd edib.
Yeniavaz.com-a açıqlama verən qazi Səid İskəndərov bildirdi ki, diqqətdən kənar qaldığı üçün belə bir addım atıb: “Allah razı olsun, biganə qalmadığınıza görə. Mənim mənəvi dəstəyə ehtiyacım var. Elə bil ki, bir atanın üç övladı var, övladlardan ikisi evə qayıdır, biri qayıtmır. Qayıtmayan üçüncü övladı ata axtarar da, düzdü? Bizim də ehtiyacımız var axtarılmağa”.
YAŞAT Fonduna müraciət etdiyini deyən qazi S.İskəndərov qeyd etdi ki, Fonddan ona əlilliyin təsdiq olunması lazım olduğunu deyiblər: “Əlilliyin təsdiq olunması üçün də, çox prosedur var. İnsanları get gələ salırlar. Bizə göndəriş verirlər, amma vaxt baxımından çatdırmırıq. Saat 17:00-da qapını bağlayırlar ki, iş vaxtı bitti. Sonra da yenə eyni şey. Hazırda istədiyim müalicə dəstəyidir. Psixoloji müalicə istəyirəm. Başqa heç nə”.