Muradovun fəaliyyəti kimi gedişi də Azərbaycana TƏHQİR OLDU… – ARAİKƏ DƏ HESABAT VERİB…

161
Muradovun fəaliyyəti kimi gedişi də Azərbaycana TƏHQİR OLDU...
Qarabağdakı rus “sülhməramlı” kontingentinin komandiri Rüstəm Muradov öz missiyasını başa vurub.

Rus general bu münasibətlə Ermənistan Müdafiə nazirinin qəbulunda olub və onunla vidalaşıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin bildirdiyinə görə, görüş zamanı Arşak Karapetyan Rüstəm Muradova Qarabağda sülhün qorunması səylərinə görə minnətdarlığını bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd olunur ki, görüş zamanı tərəflər Qarabağda “sülhməramlı” missiyanın gedişatını, həmçinin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər. (ovqat.com)

PİA.az xəbər verir ki, Rüstəm Muradov Yeravandakı vida mərasimində təkcə Ermənistanın müdafiə naziri ilə görüşməyib, eyni zamanda separatçıların başçısı Araik Arutunyanla da halallaşıb. Bu faktın özü Rusiya sülhməramlılalrının, bütövlükdə isə Rusiya Müdafiə Nazirliyinin Azərbaycana qarşı münasibətini ortaya qoyur. Açığı bu münasibəti ancaq düşmən münasibət kimi dəyərləndirmək olar. Vəzifəsini tərk edərkən Azərbaycan tərəfdən heç kimlə görüşməməsi də bu düşmənçiliyin nümunəsidir.

Azərbaycan ərazisində xidmət göstərməsinə baxmayaraq, Muradovun Ermənistan Müdafiə naziri qarşısında hesabat verməsi, ardıyca isə separatçı dəstəbaşı ilə görüşməsi onun son addımında belə, ölkəmizin ərazi bütövlüyünə hörmətsizliyi kimi tarixə yazıldı.

Rüstəm Muradov 2020-ci ilin noyabrında Dağlıq Qarabağdakı rus sülhməramlılarının komandiri təyin edilib.

Muradovu Rusiya ordusunun Cənub Hərbi Dairəsinin komandir müavini general-leytenant Aleksey Avdeev əvəz edəcək.