“Ovçular” – Xəyalınızdakı dad….
Ləziz,keyfiyyətli Ovçular kolbasaları!
“Ovçular ət və ət məhsulları” MMC 1992-ci ildən ilk dəfə Azərbaycanda ət məhsullarının emalı üzrə ixtisaslaşmış müəssisə kimi fəaliyyətə başlamışdır.
Azərbaycanda qida sektorunda özünə məxsus yeri olan “Ovçular ət və ət məhsulları” MMC şirkəti istehsal etdiyi məhsulları ilə qısa zamanda böyük nüfuza malik olub. Şirkətin istehsalat zavodu ilə yaxından tanış olmaq üçün “Ovçular ət və ət məhsulları” MMC -də olduq.
“Ovçular ət və ət məhsulları” MMC 1992-ci ildən fəaliyyət göstərir. Ən müasir avadanlıqlarla təhciz edilmiş laboratoriyalar, istehsal sexləri anbar və daşınma sistemləri “Ovçular ət və ət məhsulları” ailəsində bu gün müxtəlif sahələr üzrə 200-ə yaxın yüksək ixtisaslı mütəxəssis çalışır.
İslam qaydaları əsasında hazırlanan, ekoloji təmiz, yüksək keyfiyyətlə “Ovçular” ət məhsulları beynəlxalq standartlara uyğun şəkildə olan faydalı maddələr və minerallarla zəngin olan məhsulları təqdim edir. “Ovçular ət və ət məhsulları” MMC ticarət nişanı “AZS” – Keyfiyyət, İdarəetmə Standartının sertifikatına layiq görülüb.
İslamın bütün qaydalarına uyğun, halallıq prinsipləri ilə hazırlanan “Ovçular” ticarət nişanlı məhsulların keyfiyyətinə Qafqaz Müsəlmanları İdarəsi təminat verir.
Şirkətinin istehsal etdiyi halal qidalar İslam fiqhinə əsasən, qida maddəsi və ya onun qatqı maddələri, müsəlmanlara halal olmayan heyvanların və ya İslam qaydalarına görə kəsilməmiş heyvanların hər hansı birləşmə və məhsulunu əhatə etmir.
Belə ki, zavodda istehsal olunan bütün məhsullar İslam dinin qayda-qanunlarına uyğun olaraq həyata keçirilir. İstənilən şəxs gəlib zavodda istehsal olunan məhsullarla daha da yaxından tanış ola bilər.
“Ovçular ət və ət məhsulları” MMC -nin qurucusu olan Səməd Cəfərov 1992-ci ildən hallalıq işığına könül verərək yol gələn müəssisəyə rəhbərlik edir. Müəssisənin rəhbəri hallalığa önəm verən bir insandır. Ona görə də burada komanda şəklində fəaliyyət göstərən şirkət kollektivini halallıq, peşəkarlıq, əməksevərlik kimi amillər birləşdirir.
Yolumuz “Ovçular ət və ət məhsulları” MMC şirkətinədir. Şirkətin rəsimisi ilə müəssisənin bütün istehsalat sahələri ilə tanış olduq. Biz də söz verdik ki, eşidib məlumat aldıqlarımızı deyil, məhz eşidib, həm də gördüklərimizi foto və video kameranın yaddaşına köçürüb oxucularımıza çatdıracağıq. Bəri başdan diqqətli oxucularımıza bildiririk ki, hansı ki, onlar həm də “Ovçular” məhsullarının istehlakçılarıdır, burada gördüklərimizdən bu qənaətə gəldik ki, məhsul istehsalında istəsən belə yad əlin və pis niyyətin istehsalata uzanması mümkünsüzdür. Çünki burada xarici ölkələrdən gətirilmiş texnika və texnologiya əvvəldən ona verilmiş proqramdakı son məhsulun çeşidinin və tərkibinin dequstatorudur. İstehsalın əksər hissəsi avtomatlaşdırılıb, alman, italyan, polşa texnologiyalarından istifadə olunur.
“Ovçular ət və ət məhsulları” MMC -də məhsulların təhlükəsizliyinə tam təminat verilir və bunun üçün də şirkətin nəzdində Laboratoriya fəaliyyət göstərir. Laboratoriyanın müdiri, baytarlıq elmləri namizədi Tahir Əfəndiyev bizi yaradılan şəraitlə əyani tanış etdi. Qeyd etdi ki, burada ayrıca həkim mikrobioloq, eləcə də fiziki-kimyəvi müayinə otaqları mövcuddur.
Bir sözlə, 1992-ci ildən fəaliyyət göstərən “Ovçular ət və ət məhsulları” MMC -nin inkişaf yolunda mühüm irəliləyişlər olub. Məlumdur ki, Pezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmiz hərtərəfli inkişaf edir. İqtisadiyyatın qeyri-neft sektorunun davamlı inkişafına nail olunub. Buna imkan verən əsas amillərdən biri isə özəl sektorun diqqət mərkəzində saxlanılmasıdır. Bunun nəticəsidir ki, zaman keçdikcə şirkətdə mövcud problemlər aradan qaldırılıb. Belə ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xəttilə alınan güzəştli kreditlər hesabına “Zəhmət-Ruzi” MMC “SAB” nişanlı məhsullarının istehsalı sektorunda tam gücü ilə çalışır. Eyni zamanda, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının 2021-ci il yanvarın 1-dək uzadılması şirkətin davamlı inkişafına böyük təsir göstərib. “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti də məhz belə bir əlverişli mühitin bəhrəsidir.
Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il noyabrın 16-da şirkətə gələrək “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti ilə yaxından tanış oldu.
Bəli, məqsəd və məram təmiz olanda, çəkilən zəhmət də bəhrəsini verir. Bunu isə canlı olaraq “Ovçular ət və ət məhsulları” MMC -nin halal məhsullarının istehsalı prosesində izlədik. Qaldı bu məhsulları ticarət şəbəkələrindən alıb yemək, keyfiyyətinə əmin olmaq. Halal və yüksək keyfiyyətli “Ovçular” məhsulları respublikamızın bütün bölgələrindəki marketlərdən soruşa bilərsiniz.
Necə deyərlər, biz sizin üçün çalışırıq.
Şahmar Zərdabi
Baş redaktor
Tel.: 070-255-01-09