Şirvan şəhər Polis Şöbəsinin rəisi Hikmət Quliyev dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!
Şirvan Rayon Polis Şöbəsinin rəisi, polis-polkovniki Hikmət Quliyev:
“Bu gün Azərbaycanın uğurlu inkişafında polis orqanlarının çox böyük xidmətləri var. Mən polisin işini yüksək qiymətləndirirəm”.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri ilə polisimizə ən böyük dəyərini verib. Doğrudan da müstəqil dövlətimiz qurulduğu andan etibarən Azərbaycan polisi dövlətini, dövlətçiliyini şərəflə qoruyur. Bu yolda o şəhid də verir, sıralarından böyük şücaətlər göstərmiş qəhrəmanlar da çıxır və belə oğullarımızın sayı yüzlərlədir.
Sevindirici haldır ki, bu gün polis orqanlarının başında bu işin peşəkarı olan, vətənpərvər bir insan – Vilayət Eyvazov durur.
Bu gün məhz başda Daxili İşlər Naziri Vilayət Eyvazovun rəhbərliyi ilə ölkəmizdə ictimai asayişin təmin edilməsində, vətəndaşların təhlükəsizliyinin qorunmasında, xüsusən pandemiya dövründə xəstəliyə qarşı mübarizədə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə başlana “Dəmir yumruq” adlı əməliyyatda da polisinin böyük fədakarlıq nümayiş etdirdiyi danılmaz faktdır. Bu sistemdə hesabatlılıq, şəffaflıq və vətəndaş məmnunluğu getdikcə artır. Vətənini sevən hər kəs bilir ki, Azərbaycanda hər hansı təhlükə anında polis vətəndaşının yanındadır. Yəni təhlükə hiss etdiyi anda gözü polisini axtaran hər kəs əmindir ki, polis onun təhlükəsizliyi üçün özünü riskə atar. Bütün bunlara görə Azərbaycan polisi ilə qürur duymağa dəyər. Paytaxtla yanaşı bölgələrimizdə də pilislərimizin fədakarlığı və işgüzarlığı nəticəsində dövlətdə sabitlik bərqərardır. Yeri gəlmişkən Şirvan Rayon Polis Şöbəsinin rəisi, polis-polkovniki Hikmət Quliyevin rəhbərliyi ilə Şirvan rayonunda ictimai asayişin yüksək səviyyədə qorumaqla yanaşı vətəndaşların problemlərinin həllində əlindən gələn köməkliyini edir. Şirvan rayonuna səfər edən hər bir vətəndaş və yaxud turistlərimiz rayonda olan sabitliyi yüksək qiymətləndirməklə yanaşı polis-vətəndaş həmrəyliyinin şahidi olurlar.
PS: Fürsətdən istifadə edərək 2 iyul Polislərin Peşə Bayramı münasibəti ilə başda cənab generalımız Vilayət Eyvazov olmaqla bütün polis əməkdaşlarını, eləcə də Şirvan Rayon Polis Şöbəsinin rəisi, polis-polkovniki Hikmət Quliyevi redaksiyamız adından təbrik edir. Yorulmaz iş fəaliyyəti, can sağlığı, uğurlar diləyirik.
Azərbaycanın müstəqil dövlətçiliyin möhkəmləndirilməsində göstərdiyi xidmətlərinə, qanunun aliliyinə söykənən vətəndaş cəmiyyətinin formalaşmasında atdığı addımlarına, insanlara münasibətdə etik davranış qaydalarına ciddi əməl etdiyinə, hər kəsin hüquq və azadlığının, qanuni mənafelərinin ən yüksək səviyyədə qorunması yöndə fədakar əməyini, yürüdülən dövlət siyasətinin müdafiə olunmasında ortaya qoyduğu əsl vətəndaş mövqeyinə, ələlxüsus KİV nümayəndələri ilə saxladığı dost, səmimi münasibətinə görə Şirvan Rayon Polis Şöbəsinin rəisi, polis-polkovniki Hikmət Quliyevə dərin minnətdarlığımızı bildiririk.
Şahmar Zərdabi
Baş redactor
Tel.: 070-255-01-09