Böyük xeyriyyəçi

319

Böyük xeyriyyəçi

İnsanlar tarixdə öz gözəl, xeyirxah əməllərinə görə yaşayır və gələcək nəsillərə örnək olurlar. Böyük xeyriyyəçi, qayğıkeş insan, maarifçi, sərvətini ölkənin milli-mədəni, sosial-iqtisadi inkişafı yolunda əsirgəməyən səxavət sahibi Hacı Nizami məhz belə insanlardan biri idi.

Axundu olduğu ziyarətgah haqqında qısa arayış: Hazırda məscid-ziyarətgah kompleksi kimi fəaliyyət göstərən bu ocaq Bakının Şüvəlan qəsəbəsində “qədim qəbiristan” deyilən ərazidədir. Kompleksin mərkəzində Ağa Seyidəli Mir Abutalıb oğlu Mir Mövsümzadənin türbəsi yerləşir.

Xalq arasında “Ətağa” adı ilə məşhurlaşmış Ağa Seyidəli Mir Mövsümzadə hələ sağlığında əfsanəvi nüfuza malik olmuş, insanlara təskinlik, inam, mənəvi qüvvə təlqin etmiş və xeyirxahlığı ilə tanınmışdır. Ağa Seyidəli Mir Mövsümzadə 1883-cü ildə doğulmuş, uzun illər İçərişəhərdə yaşamış, 1950-ci ildə vəfat etmiş və Şüvəlanda torpağa tapşırılmışdır. Həmin dövrdə Sovet rejiminin qadağalarına baxmayaraq, xalq onu böyük izdihamla dəfn etmiş, xatirəsini həmişə yüksək tutmuşdur.

Mir Mövsüm Ağanın məzarı üstündə 1992-ci ildə əvvəlcə kiçik məqbərə inşa edilmiş, daha sonra onun yerində möhtəşəm və əzəmətli abidə ucaldılmışdır. Kompleks qəbristan ərazisində yerləşdiyi üçün burada, demək olar ki, texnikadan istifadə edilməmiş, bütün işlər əl əməyi ilə görülmüşdür. Ümummilli Lider Heydər Əliyev dəfələrlə ziyarətgahda olmuş, yerli əhali və dindarlarla görüşmüşdür.

 

Hacı Nizam Həbiboğlu: Biz bu gün olduğu kimi sabah da, birigün də və ümumən Allahın bizləri yaşatdığı hər gələn gündə də yenə öz missiyamızı ləyaqətlə icra edəcəyik və Ağanın ruhuna xatir bu ocağa pənah gətirən insanlara hər zaman yardımçı olacayıq. Bunlardan əlavə biz təkcə müsəlman qardaşlarımıza deyil, bütün dinlərdən olan və bu ocağa pənah gətirən insanlara əl tutmaqda davam edəcəyik. Bunu da diqqətinizə çatdırım ki, ziyarətgahımız təzəlikcə Qax rayonunda bir neçə imkansız xristian gürcü ailəsini də himayəsinə götürmüş və onlara da mütəmadi yardımlar edəcəyik.
Tez bir zamanda ziyarətgahımızda pulsuz qan bankı da yaradılacaq, bununla bağlı artıq bir xeyli işlər görülmüşdür. Bizim niyyətimiz Ağanın ruhuna xatir toplanan ianələri, camaatımızın nəzir-niyazını yenə də insanlarımıza, ehtiyacı olanlara qaytarmaqdır. Bu işlərdə bizə yardımçı olan hər kəsi Uca Allah öz pənahında saxlasın.

 

Hacı Nizam Həbiboğlu mütəmadi olaraq Qarabağ Müharibəsində qəhrəmancasına şəhid olan ailələrə, veteranlara baş çəkərək, onların sosial problemləri ilə yaxından tanış olub və həllində əlindən gələn köməkliyi göstərir.

Hacı Nizam Həbiboğlu dünyanı bürüyən “Covid-19” pandemiyası dövründə və Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin “Dəmir Yumruq” əməliyyatı ilə başlana 44 günlük Qarabağ Vətən Müharibəsi zamanı qəsəbənin  aztəminatlı ailələri və döyüşdə iştirak iki yüzdən artıq igid oğullarımızın ailələri ilə daim sıx əlaqə saxlayaraq, onların problemlərin həllində yaxından köməklik etmişdir.

Biləcəri qəsəbəsində xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Hacı Nizam Həbiboğlu olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk.

“Hər kim bir zərrə yaxşı iş görmüşsə, onun əvəzini görəcəkdir.”

(Zilzal surəsi, ayə 7)

Hacı Nizam Həbiboğlu onlarla gördüyü xeyirxah işlərinə birini də əlavə etdi. Belə ki, Hacı Nizam Həbiboğlu Mir Mövsüm Ağa ziyarətgahında hər il olduğu kimi bu ildə hər ay olduğu kimi az təminatlı ailələrin uşaqları üçün xeyriyyə məqsədi ilə tədbirlər keçirir. Hacı Nizam Həbiboğluda bu barədə soruşanda o dedi: “Xeyriyyəçi olmaq üçün yalnız var-dövlət gərəkli deyil, eyni zamanda həm də böyük ürəyin olması vacibdir. Xeyirxah iş, xeyirxah əməl insanı ucaldır, onu yaşadığı cəmiyyətin ən ləyaqətli üzvünə çevirir. Gəlin biz də hər zaman yaxşılıq etmək üçün yaşayaq, çünki yaxşılıq edən yaxşılıq tapar, deyirlər.Gəlin bu sevincı yaşatmaq üçün yaşayaq, xeyirxahlıq etmək üçün gecikməyək, əksinə tələsək. Bir mahnıda deyildiyi kimi “Tələsin insanlar əldən tutmağa, yaxşılıq etməyə tələsin bir az”. Həqiqətən yaxşılıq etmək üçün tələsməliyik, yoxsa gec olar…”

Allah Nizam Həbiboğluya gördüyü və görmək istədiyi bütün xeyirxah işlərində yardımçı olsun! Amin!

 

Şahmar Zərdabi

Baş redaktor

Tel.: 070-200-98-72