Türkiyə Ordusunun İraqın şimalında həyata keçirdiyi “Pələng Pəncəsi” əməliyyatı bölgəsində iki əsgər şəhid olub, bir əsgər yaralanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“17 sentyabr 2020-ci il tarixində “Pələng Pəncəsi” əməliyyat zonasında separatçı terror təşkilatı üzvlərinin atəş etməsi nəticəsində iki qəhrəman əsgərimiz şəhid olub və bir qəhrəman əsgərimiz isə yaralanıb”,- deyə məlumatda bildirilib.