Bakı Nəqliyyat Agentliyi “İctimai Nəqliyyatın İntellektual İdarəedilməsi” sistemi üçün 12 (on iki) aylıq texniki dəstək xidməti üzrə elan etdiyi tenderin qalibi məlum olub.
FED.az xəbər verir ki, tenderin qalibi “Smartech System” MMC olub.
BNA texniki dəstək xidmətinin göstərilməsi üçün “Smartech System” MMC ilə 2 milyon 166 min 480 manatlıq müqavilə bağlayıb.