Hollandiya rəssamlığının qızıl dövrünün ən böyük nümayəndəsi Rembrandtın (1606-1669) avtoportreti “Sotheby’s” ticarət evində hərraca çıxarılıb.
Avtoportret 14,5 milyon funt sterlinqə (18,7 milyon ABŞ dolları) satılıb. Əsər 1632-ci ildə, rəssamın 26 yaşında olduğu zaman çəkilib.
Qeyd edək ki, hərracdan əvvəl ticarət evi koronavirusla mübarizə üzrə tədbirlərin yumşaldılmasından faydalanaraq əsəri Nyu York və Honkonqdakı potensial alıcılara təqdim edib.