“İnsanlar xəstələnəndə evdən çıxmamalıdır” – PA rəsmisi

310

“İnsanlar xəstələnəndə evdən çıxmamalı, işə getməməlidirlər. Belə məlumatlar daxil olur ki, kiminsə temperaturu qalxır, parasetamol içir və işə gedir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Azərbaycan Prezidentinin köməkçisi deyib ki, belə hallar yoluxmaları artırır: “Belə hallara yol verilməməlidir”.