Tramp ABŞ-ın NATO-dan çıxması ilə bağlı danışdı

457

 

ABŞ prezidenti Donald Trump “Washington Post” qəzetinə verdiyi müsahibədə ölkənin NATO-dan çıxması ilə bağlı sualı cavablandırıb.

ABŞ Prezidenti ABŞ-ı NATO-dan çıxarmaq niyyətində olmadığını, ancaq bununla belə üzv ölkələrin üzvlük haqlarının ödənmməsinə diqqət ayırmalı olduğunu bildirib.

“Demək olar ki, heç bir şey ödəməyənlər var idi və indi ödəyirlər. Mənə vacib bir sual verdilər: “Əgər ödəməsəydik, sən tərk edərdin?” Mən isə cavab verdim: “Bəli, tərk edərdim”. Əgər belə cavab verməsəydim, ödəməzdilər “,-deyə Tramp qeyd edib.

Qeyd edək ki, daha əvvəl Donald Trump ölkənin NATO müttəfiqlərini tənqid edərək müdafiə xərclərini artırmağa çağırmışdı. ABŞ Prezidentinin sözlərinə görə, təşkilata üzvü olan bütün ölkələr öz öhdəliklərini yerinə yetirməlidirlər.