Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin pandemiya dövründə məcburi köçkünlərin evlərindən mənimsədiyi milyonlar-Məcburi Köçkünlər Prezident İlham Əliyevdən imdad diləyir

634

Sabunçu rayonunda vətəndaşların incidilməsi, bir çox hallarda haqsızlıqla üz-üzə qoyulması halları davam edir.

Rayon rəhbərliyi harada boş torpaq sahəsi, həmçinin bir qədər köhnə bina görür ona göz tikir. Və bu minvalla sakinləri evlərindən didərgin salır. Bu zaman isə ciddi narazılıqlar baş qaldırır. Növbəti belə narazlıqlardan biri də, Sabunçu rayon Muxtarov qesebesi 9-cu medende yerleshen 148 sayli Mənzil İstismar Sahəsinin balansinda olan binada yaşanır.

Vətəndaşların bildirdiyinə görə

İcra başçısı Adil Vəliyevin işçiləri insanların evini öz adlarına özəlləşdirir.

Bunu , “Gündəlik Bakı” ya müraciət edən Sabunçu rayonunda yaşayan məcburi köçkünlər bildirir. Onlar qeyd edirlər ki, yaşadıqları binada yerli sakinlərlə yanaşı , 10 ailə məcburi köçkün yaşayır. Binanı Sabunçu Rayon İcra Hakimiyyətinin tapşırığı ilə özəlləşdirib yerli sakinləri köçürtməklə mənzilləri öz adlarına özəlləşdiriblər, və binanın sakinlərinə isə Zabratda tikilən binada ev veriblər. Məcburi köçkülərin yaşadığı mənzilləri isə 148 saylı Mənzil İstismar Sahəsinin rəhbərliyinin əli ilə öz qohumlarının adına keçirib qara işlər görürlər. 148 saylı Mənzil İstismar Sahəsinin müdiri İlqar müəllimin göstərişi ilə məcburi köçkünlərə təsir edilir ki, mənzilləri boşaltmasanız hamınızı aparıb yataqxanalarda yerləşdirəcəyik.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sabunçu rayon üzrə sektorunun rəisi Qasımov Tural Zakir oğlu ilə əlaqə saxlasaqda meselenenin onlara aidiyyatı olmadığını söylədi.Məsələ tam aydındır ki bu icra başçısı Adil Vəliyevin və 148 saylı Mənzil İstismar Sahəsinin müdiri İlqar Qasımovun oyunudur.Məsələ Pandemiyanın baş qaldırdığı bu çətin dönəmdə büdcədən milyonlarla pul silməkdir.

Ümid edirik ki,məsələyə lazımi hüquqi qiymət veriləcəkdir